Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 15-ci bəndinə uyğun olaraq və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

"Kollegiyanın sədri:

Cabbarov Mikayıl Çingiz oğlu - Azərbaycan Respublikasının təhsil naziri

 

"Kollegiyanın üzvləri:

Bayramov Ceyhun Əziz oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Qurbanov Firudin İsa oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini[2]

Eynullayev Mətin Balasən oğlu - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Qəribov Məmməd Abdulla oğlu - Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Rzayev Fariz Fikrət oğlu - Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri.

                       

2. “Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarı (2-ci bəndi istisna olmaqla) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında” 2001-ci il 25 may tarixli 102 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2002-ci il 4 mart tarixli 37 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarına dəyişiklik edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 202 nömrəli, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli 144 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2006-cı il 6 iyun tarixli 138 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 mart 2007-ci il

№ 49