«Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması» haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri

«AZƏRBAYCAN RESPUBLİKASININ ALİ MƏKTƏB TƏLƏBƏLƏRİ ÜÇÜN PREZİDENT TƏQAÜDÜNÜN ARTIRILMASI HAQQINDA
 AZƏRBAYCAN RESPUBL
İKASI PREZIDENTİNİN FƏRMANINI
 
Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək və onların təhsilə olan həvəsini artırmaq məqsədi ilə

QƏRARA ALIRAM :
 
1. Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələr üçün Prezident təqaüdünün məbləği 50 faiz artırılaraq 150 (yüz əlli) manat müəyyən edilsin.
2. «Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilk Toplusu, 2001-c i il, №9, maddə 579 ; 2004-cü il №9, maddə 684 ; 2006-cı il №12, maddə 1056) 1-ci bəndində «500.000 (beş yüz min) manat» sözləri 150 (yüz əlli) manat» sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman 2008-ci il sentyabrın 1-dən qüvvəyə minir.
                  
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, «10» sentyabr 2008-ci il
№ 824

 
 Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
 
Azərbaycan Respublikası Prezidentinin göstərilən fərmanının icrası ilə əlaqədar
 
ƏMR EDİRƏM :
 
1. Azərbaycan Respublikası Prezidentinin Fərmanı rəhbərlik və icra üçün qəbul edilsin.
2.Təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, fərmanın yerlərdə icrasını təmin etsinlər.
3. İqtisadiyyat şöbəsi (H.Zeynalov), ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) fərmandan irəli gələn məsələlərin həllində təhsil müəssisələrinə lazımi köməklik göstərsinlər.
4. Ümumi şöbə (İ. Mirzəyev) əmrin çoxaldıb təhsil müəssisələrinə göndərilməsini təmin etsin.
 
 
 
Misir Mərdanov
Təhsil naziri
 27.09.2008-ci il
№114