Respublika rəsm müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rolunu böyüməkdə olan nəslə daha dolğun çatdırmaq məqsədilə
 
ƏMR EDİRƏM
  
1. Ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin  anadan olmasının 89-cu ildönümünə həsr olunan “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda respublika rəsm müsabiqəsi keçirilsin.
2. Müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri və nazirliyin birbaşa tabeliyində olan təhsil müəssisələrinin rəhbərləri müsabiqənin yerlərdə keçirilməsini təşkil etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A. İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.
5. Müsabiqənin respublika mərhələsinin keçirilməsi ilə bağlı xərclərin ödənilməsi T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2012-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına  müəyyən edilmiş qaydada həyata keçirilsin.   
6. İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) əmri “Azərbaycan müəllimi” qəzetində dərc etdirsin və əsasnamə ilə birlikdə nazirliyin internet səhifəsində yerləşdirsin.
7. Ümumi şöbə (X. Fərəcov) əmr və əsasnaməni çoxaldaraq yerlərə göndərsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Q. Novruzova həvalə edilsin.
 
ƏSAS: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 59 №-li 17.01.2012-ci il tarixli əmri
                                                                                             
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
03 mart 2012-ci il
№529

 
Əlavə: