Naxçıvan MR təhsil nazirinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, şəhər, rayon təhsil şöbələrinin müdirlərinə

Bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması Azərbaycanda uşaqların inkişafı naminə və uşaq hüquqlarının təmin olunması istiqamətində yeni fəaliyyət istiqamətləri müəyyənləşdirmişdir.
Ölkəmizdə uşaq hüquqlarının təbliği, təmini və müdafiəsini daha da artırmaq məqsədi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili 20 oktyabr – 20 noyabr 2011-ci il tarixlərini respublikamızda “Uşaq hüquqları aylığı” keçirilməsini təklif etmişdir.
Qeyd olunanları nəzərə alaraq, tabeliyinizdə olan təhsil müəssisələrində 04-10 noyabr 2010-cu il tarixlərində “Uşaq hüquqları aylığı” ilə bağlı müvafiq tədbirlər həyata keçirmək və görülmüş işlər barədə 15 noyabr 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinə məlumat vermək Sizə tapşırılır.
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
hsil naziri
27
oktyabr 2011-ci il
№ 46-20-9225/16