Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Bakı Slavyan Universitetinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Babayev İbrahimpaşa Ələkbər oğlu
Barxalov Qalib Nəcmi oğlu
İsazadə Validə Cavid qızı
Məmmədov Kərim Əli oğlu
Məmmədova Arifə Ələkbər qızı
Udalıx Qalina Dmitriyevna.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 dekabr 2016-cı il.