Sual: Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?  

Cavab:

• Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.

Sual: Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olur? 

Cavab:

1. Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;

2. Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;

3. Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Sual:   Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyə bilər?    

Cavab:

• Diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır.

• Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar.

Sual:   Məktəbəhazırlıq qruplarında tətillər nə zamandır?   

Cavab:

• 5 gün payız tətili (16-20 noyabr);

• 5 gün qış tətili (27-31 yanvar);

• 5 gün əlavə tətil (1-5 may).

Sual:   Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib?   

Cavab:

• Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır.

• I yarımil: 1 oktyabr-26 yanvar;

• II yarımil: 1 fevral-31 may.

Sual:  Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılırmı?   

Cavab:

• Uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir.

• Məktəbəhazırlıq qruplarında davamiyyət müvafiq sinif jurnalında qeyd edilir.

Sual:  Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları verilirmi?   

Cavab:

 • Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Sual:  Məktəbəhazırlıq qruplarında hansı məşğələlər keçirilir?   

Cavab:

1. Ətraf aləmlə tanışlıq

2. Savad təliminə hazırlıq və nitq inkişafı

3. Bədii təfəkkürün inkişafı

4. Məntiqi və riyazi təfəkkürün inkişafı

5. Təsviri fəaliyyət

6. Musiqi

7. Fiziki mədəniyyət

Sual:  Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün və neçə saat olur?   

Cavab:

• Həftədə 4 gün olmaqla, 12 məşğələ;

• Bir gün ərzində 3 məşğələ;

• Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə

• Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.

Sual: Məktəbəhazırlıq qruplarında təhsil ödənişsizdir?  

Cavab:

• Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir.

• Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilib.