Sual: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ varmı?

Cavab: Xeyr

Sual: 1 dəfə imtina cavabı alan tələbə başqa bir köçürülmə üçün müraciət edə bilər?

Cavab: Bəli əgər tələbə bir universitetdən imtina cavabı alıbsa digər uyğun universitetə müraciət edə bilər.

Sual: Köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?

Cavab: Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd (akademik transkript)
- ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd
- dövlət xətti ilə təhsil alanlar istisna olmaqla, xaricdə öz hesabına təhsil alan tələbələr təhsil aldıqları dövlətin qanunvericiliyinə uyğun legallaşdırılmış akademik transkript və təhsil aldığı müddətdə gediş
- gəlişi təsdiq edən rəsmi sənədlər.
- köçürülmə səbəblərini təsdiq edən sənəd

Sual: Xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisəsinə köçürələrkən əsas nəzərə alınan göstəricilər hansılardır?

Cavab: Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.

Sual: Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?

Cavab: Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.

Sual: Hansı halda xaricdə təhsil alan tələbə Azərbaycan Respublikası ali təhsil müəssisəsinə köçürülə bilməz?

Cavab: Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir.