Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından iyirmi iki il keçir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 27 yanvar 2014-cü il tarixli 8 nömrəli, sərəncamı ilə Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq olunmuşdur.
Planda Təhsil Nazirliyi tərəfindən icrası nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini, təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi ikinci ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
 
ƏMR EDİRƏM:
 
1. Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
2.1. təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirlər müəyyənləşdirib həyata keçirsinlər.
2.2. əmrin icrası ilə bağlı görülmüş işlər barədə 3 mart 2014-cü il tarixinədək Nazirliyə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
Əsas: Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 27 yanvar 2014-cü il tarixli 8 nömrəli Sərəncamı.
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
18 fevral 2014-cü il
200