"Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın tədbirlər planının 1-ci, 7-ci və 8-ci hissələrinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
 "Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur). 
 
 Azərbaycan Respublikasının  
Baş naziri Artur Rasi-zadə 
Bakı şəhəri, 13 avqust 2013-cü il
№ 207

Əlavə: