Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 mart tarixli 65s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2010-cu il martın 16-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı arasında «Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması» pilot layihəsinə dair Qrant Sazişi» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 mart tarixli 65s nömrəli sərəncamı ilə verilmiş səlahiyyətə əsasən 2010-cu il martın 16-da Bakı şəhərində imzalanmış «Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı arasında «Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzsə əməkdaşlıq modelinin işlənib hazırlanması» pilot layihəsinə dair Qrant Sazişi» təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılsın ki:
2.1. bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin müddəalarının həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün;
2.2. «Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanının 2.12-ci bəndinin icrasını təmin etmək məqsədi ilə bu sərəncamın 1-ci bəndində qeyd edilən Sazişə əsasən ayrılan maliyyə vəsaitinin məqsədli və səmərəli istifadəsinə dair məlumatları ildə bir dəfə İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Avstriya tərəfinə müvafiq bildiriş göndərsin.
5. Bu sərəncamın icrasına nəzarət Azərbaycan Respublikasının İqtisadi İnkişaf ı edilsin.
6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. 
 
Azərbaycan Respublikasının Baş naziri 
Artur Rasi-zadə
Bakı şəhəri, 4 may 2010 il
№ 123 s