Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 15 avqust tarixli, 141 nömrəli qərarı ilə
təsdiq edilmişdir
 
1. Vərəm (aktiv və xroniki) - lokalizasiyasından asılı olmayaraq, I, II və V qrup dispanser qeydiyyatında olan xəstələr;
2. Daxili orqanların, sinir sisteminin, dayaq-hərəkət aparatının xəstəlikləri - dekompensasiya mərhələsində olan xəstələr;
3. Bədxassəli onkoloji xəstəliklər - lokalizasiyadan asılı olmayaraq;
4. Narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm;
5. İnfeksion xəstəliklər - dispanser qeydiyyatından çıxarılana qədər olan xəstələr;
6. Ruhi xəstəliklər - müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən xəstələr;
7. Əmək qabiliyyətini itirməklə I və II qrup əlilliyə gətirib çıxaran bütün travmalar və xəstəliklər.