“Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili və qarşıda duran vəzifələr” ilə bağlı 02 aprel 2010-cu il 122 saylı Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiya qərarının icrasını təmin etmək üçün Təhsil Nazirliyinin 14 may 2010-cu il tarixli əmrində nəzərdə tutulan işləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin əmri

ƏMR EDİRƏM: 
1. Metodiki Əlaqələndirmə Şurasının tərkibi təsdiq edilsin (əlavə 1);
3. Ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, Metodiki Əlaqələndirmə Şurasının işinə cəlb olunan mütəxəssislərin səmərəli işləməsi üçün müvafiq şərait yaradılsın;
4. Təhsil nazirinin müavini (E.Qasımov) və Beynəlxalq əlaqələr şöbəsinin müdiri (Q.Novruzov) bu əmrdən irəli gələn müvafiq tədbirləri həyata keçirsinlər;
5. Əmr “Azərbaycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məcmuəsində dərc edilsin;
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm. 
Əsas: müvafiq dərkənarla Nazir müavini E.Qasımovun təqdimatı, Təhsil Nazirliyinin kollegiya qərarının icrasını təmin etmək məqsədilə 14.05.10-cu il tarixli, 567 saylı əmri.
 Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri

Əlavələr