2014-2015-ci tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasında bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlət və qeyri-dövlət müəssisələrinin ixtisaslı fəhlə kadrların hazırlanması ilə bağlı sifarişlərini və əhalinin ilk peşə-ixtisas təhsilinə dair arzularını nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17/17/1885-11 nömrəli, 04.09.2014-cü il tarixli məktubu rəhbərlik və icra üçün qəbul edilsin.
2. 2014-cü il üçün ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu planı ümumilikdə 16070 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 11310 nəfər, ödənişli əsaslarla 4760 nəfər olmaqla təsdiq edilsin.
3. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə 2014-2015-ci tədris ili üçün şagird qəbulu planları təsdiq edilsin (əlavə olunur).
4. Nazirin müşaviri (S.İsmayılov), İlk peşə-ixtisas təhsili sektoru (N.Məmmədov), İnformasiya şöbəsi (E.Əliyev) şagird qəbulu planlarının ilk peşə-ixtisas təhsili müəssisələrinə çatdırılmasını təmin etsinlər.
5. Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (1, 3, 5 nömrəli Ağdam, Qubadlı, Zəngilan və Şuşa peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılsın.
6.İlk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarına tapşırılsın:
6.1. 2014/2015-ci tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun şagird qəbulunun həyata keçirilməsi təmin edilsin;
6.2 Dövlət hesabına təhsil almaq üçün şagird seçimi zamanı aşağıdakı qeyd edilmiş hallara üstünlük verilsin:
6.2.1 Təhsil sənədindəki (şəhadətnamə və attestat) qiymətlərin orta balı;
6.2.2 İşəgötürən təşkilatla onun istehsalat təcrübəsi keçirilməsinə lazımi şərait yaradacağı barədə müvafiq müqavilə olduğu təqdirdə;
6.2.3 Şəhid ailələri, Qarabağ müharibəsi veteranlarının övladlarına, əlillərə, yetim və valideyn himayəsindən məhrum olanlara;
6.3 Müraciət edənlərin özlərinə və onların valideynlərinə seçdikləri ixtisas və təhsil alacaqları ilk peşə-ixtisas təhsili müəssisəsi haqqında geniş məlumat verilsin.
6.4 İşəgötürən təşkilat və müəssisələrin tələbatına uyğun peşələr üzrə şagird qəbulu planında dəyişiklik edilməsi zərurəti yarandıqda, bu məsələ nazirliyin razılığı ilə təsdiq edilmiş ümumi qəbul planı daxilində həll edilsin.
6.5 Şagird qəbuluna dair statistik hesabatları cari ilin oktyabr ayının 15-nə qədər nazirliyə təqdim etsinlər.
7. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə bağlı lazımi köməklik göstərsin.
8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan Müəllimi” qəzetində və “Sənətkar” jurnalında dərc edilməsini təmin etsin.
9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Azərbaycan   Respublikası Nazirlər Kabinetinin 01.09.2014-cü il tarixli 17/17/1885-11 nömrəli məktubu.       
 
 Mikayıl Cabbarov,   
Azərbaycan Respublikasının təhsil naziri  
18 sentyabr 2014-cü il 
№ 1022
 

 
Əlavə: