Əsas fəaliyyət istiqamətləri:
- Təhsil Nazirliyinin fəaliyyətinin hüquqi təminatının və hazırlanan sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Təhsil fəaliyyətinə lisenziya verilməsini təmin edir;
- Təhsil müəssisələrinin akkreditasiyası prosesinə ümumi rəhbərlik.
 
Şöbənin başlıca vəzifələri:
- Təhsil Nazirliyinin struktur vahidləri və bölmələri tərəfindən hazırlanmış normativ hüquqi akt layihələrinin qanunvericiliyin tələbinə uyğun olmasını yoxlamaq və nəticəsinə əsasən “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən məcburi hüquqi ekspertiza rəyi vermək;
- Təhsil Nazirliyini (Təhsil Nazirliyinin aparatını) iddiaçı (mülki iddiaçı), cavabdeh, zərərçəkmiş və üçüncü şəxs (maraqlı şəxs) qismində bütün məhkəmə instansiyalarında təmsil etmək;
- Təhsil Nazirliyinin mənafeyinə uyğun olmayan təhqiqat, istintaq və məhkəmə orqanlarının qərarlarından şikayətlərin verilməsini təmin etmək;
- Təhsil müəssisələrinin məhkəmələrdə iddiaçı (mülki iddiaçı), cavabdeh, zərərçəkmiş və üçüncü şəxs (maraqlı şəxs) qismində iştirak etdiyi işlər üzrə fəaliyyətinə ümumi nəzarət etmək;
- Məhkəmə qərarlarının icrası məsələlərinə ümumi nəzarət etmək;
- Bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;
- Təhsil fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verilməsi işini həyata keçirmək;
- Təhsil fəaliyyəti ilə məşğul olan təhsil müəssisələrinin lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək;
- Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün akkreditasiya komissiyaları yaratmaq və onların işini əlaqələndirmək;
- Akkretitasiya zamanı sonuncu kursda təhsil alanların biliyinin attestasiyası üçün müvafiq tədbirlər görmək;
- Akkreditasiyanın nəticəsi barədə verilmiş əmrə müvafiq olaraq keyfiyyət sənədi ─ sertifikat hazırlamaq və təsdiqə təqdim etmək;
- Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarda aparılan yoxlamaların reyestrini aparmaq;
- Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumlarda aparılan yoxlamaların müəyyən olunmuş müddətlərdə başa çatmasına nəzarət etmək;