Rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə, internat məktəblərinin direktorlarına

Ümidli Gələcək Gənclər Təşkilatı Təhsil Nazirliyinə məktubla müraciət edərək, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə məktəblilər arasında “Uşaq hüquqlarını bilək və qoruyaq” mövzusunda rəsm müsabiqəsi keçirmək niyyətində olduğunu bildirmişdir. Müsabiqədə qalib olan 30 işin 29 may 2014-cü il tarixində Milli Məclisdə müvafiq dövlət qurumları, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və respublikanın bölgələrindən olan uşaqların iştirakı ilə keçiriləcək “Uşaq problemləri: reallıqlar və perspektivlər” mövzusunda dinləmələr zamanı sərgilənəcəyi qeyd edilmişdir. Milli Məclisdə keçiriləcək həmin tədbirdə qalib işlərin müəllifləri dəvət edilərək mükafatlandırılacaqdır.
Bununla əlaqədar tabeliyinizdə olan təhsil müəssisələrinin şagirdlərini məlumatlandırmağınız xahiş olunur.
Müsabiqədə iştirak edəcəyiniz halda rəsmlər Ümidli Gələcək Gənclər Təşkilatına (ünvan: Bakı şəh., Nizami küçəsi, 183 ) təqdim edilməlidir.
Əlaqə nömrələri: 012 425-68-70; 050 349-29-48     
 
 
Ceyhun BAYRAMOV, 
təhsil nazirinin müavini
16 may 2014-cü il.
№ 46-20-2768/16