Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bilik günü"ndə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr Bilik günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış  mərasimindəki proqram xarakterli  nitqində ümumi təhsilin inkişaf istiqamətləri, xüsusilə uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi barədə irəli sürülmüş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq olunsun (əlavə edilir).

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər  Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələri:

2.1 Bu əmrin mahiyyəti və Fəaliyyət planı barədə ümumtəhsil  məktəblərinin pedaqoji kollektivlərinin məlumatlandırılmasını təmin etsinlər.

2.2 Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə bağlı təşkilati-pedaqoji işləri vaxtında həyata keçirsinlər.

2.3 Fəaliyyət planının icrası barədə 2015-ci ilin dekabr, 2016-cı ilin aprel ayında Nazirliyə arayış təqdim etsinlər.

3. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) və Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) Fəaliyyət planındakı tədbirlərin yerinə yetirilməsini nəzarətdə saxlamaqla yerli təhsili idarəetmə orqanlarına əməli köməklik göstərsinlər, müəyyən edilmiş vaxtlarda onların hesabatını dinləyib təkliflər hazırlasınlar.

4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.                                                               

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

19 oktyabr 2015-ci il

№1010


Əlavə:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bilik günü”ndə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəaliyyət planı