2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq  

QƏRARA ALIRAM:

1. 2008/2009-cu tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə aşağıda adları qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

Abşeron rayonu Xırdalan şəhəri 2 nömrəli orta məktəb
Ağcabədi şəhəri 3 nömrəli texniki-humanitar fənlər təmayüllü məktəb-lisey
“Ankara məktəbi” məktəb-liseyi
Bakı şəhəri Humanitar fənlər gimnaziyası
Bakı şəhəri “İstedad” Beynəlxalq Təhsil Kompleksi
Bakı şəhəri Texniki-humanitar lisey
Bakı şəhəri 2 nömrəli texniki-humanitar elmlər liseyi
Bakı şəhəri 3 nömrəli orta məktəb
Bakı şəhəri 17 nömrəli orta məktəb
Bakı şəhəri 18 nömrəli orta məktəb
Bakı şəhəri 20 nömrəli məktəb-lisey
Bakı şəhəri 32 nömrəli orta məktəb
Bakı şəhəri 47 nömrəli orta məktəb
Bakı şəhəri 54 nömrəli orta məktəb
Bakı şəhəri 72 nömrəli məktəb-lisey
Bakı şəhəri 190 nömrəli orta məktəb
Bakı şəhəri 191 nömrəli orta məktəb
Bakı şəhəri 204 nömrəli orta məktəb
Bakı şəhəri 212 nömrəli orta məktəb
Bakı şəhəri 214 nömrəli orta məktəb
Bakı şəhəri 239 nömrəli orta məktəb
Bakı şəhəri 240 nömrəli orta məktəb
Bakı şəhəri 244 nömrəli orta məktəb
Bakı şəhəri 249 nömrəli orta məktəb
Bakı şəhəri 261 nömrəli məktəb-lisey
Bakı şəhəri 264 nömrəli məktəb-lisey
Bakı şəhəri 267 nömrəli məktəb-lisey
Bakı şəhəri 290 nömrəli orta məktəb
Bərdə şəhəri 2 nömrəli orta məktəb
Göyçay şəhəri 7 nömrəli orta məktəb
İsmayıllı rayonu İsmayıllı kənd orta məktəbi
İsmayıllı rayonu İvanovka kənd orta məktəbi
İsmayıllı şəhəri 3 nömrəli orta məktəb
Kəngərli rayonu Qıvraq qəsəbə orta məktəbi
Kürdəmir şəhəri 2 nömrəli orta məktəb
Kürdəmir şəhəri 6 nömrəli orta məktəb
Qazax şəhəri 1 nömrəli orta məktəb
Lənkəran şəhəri 10 nömrəli orta məktəb
Masallı şəhəri “Dəfinə” məktəb-liseyi
Mingəçevir şəhəri texniki-humanitar lisey
Naxçıvan şəhər hərbi liseyi
Naxçıvan şəhəri 705 saylı hərbi hissənin orta məktəbi
Salyan şəhəri 4 nömrəli orta məktəb
Salyan şəhəri 7 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey
Sumqayıt şəhəri “Təfəkkür” liseyi
Sumqayıt şəhəri 1 nömrəli orta məktəb
Sumqayıt şəhəri 11 nömrəli orta məktəb
Ucar şəhəri 5 nömrəli orta məktəb
Zaqatala şəhəri 1 nömrəli orta məktəb
Zərdab şəhəri 3 nömrəli orta məktəb

2. Bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş pul mükafatları Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri”nin və “Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 25 fevral tarixli 714 nömrəli Fərmanının 3-cü bəndinə uyğun ödənilsin.


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 1 sentyabr 2009-cu il.