Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdiyi nəticələri müzakirə etmək, habelə elmi yaradıcılığını stimullaşdırmaq məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1.Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı 19-20 dekabr 2013-cü il tarixlərində Azərbaycan Dillər Universitetində keçirilsin.
2.Konfransın işi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 aprel 2011-ci il tarixli, 553 nömrəli əmri ilə təsdiq edilmiş “Doktorantlarınvə gənc tədqiqatçıların Respublika elmi konfransının Əsasnaməsi”nə uyğun olaraq təşkil edilsin.
3.Azərbaycan Dillər Universitetinin rektoru (S.Seyidov) konfransın yüksək səviyyədə təşkilini və materiallarının nəşrini təmin etsin.
4.Ali  təhsil  müəssisələrinin rektorları ciddi elmi nəticələri olan  doktorant
və gənc tədqiqatçıların məruzə tezislərinin seçilməsini və 2013-cü il 15 noyabr tarixinədək  Azərbaycan Dillər Universitetinə təqdim edilməsini təmin etsinlər.
5. Konfransın işinə, proqram və materiallarının nəşrə hazırlanmasına nəzarət Elm, ali və orta ixtisas təhsil şöbəsinə (G.Hüseynova) həvalə olunsun.
6. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azər­baycan müəllimi” qəzetində dərc edilməsini, Nazirliyin veb-saytında yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
7. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini C.Bayramova həvalə edilsin.
ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.02.2013-cü il tarixli, 17/17/138-11 nömrəli  məktubu, Elm, ali və orta ixtisas təhsili şöbəsinin Fəaliyyət planı.  
 
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
7 oktyabr 2013-cü il 
№839