Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

«Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli, 1859 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə
 
ƏMR EDİRƏM:
 
1. Ziya Musa oğlu Bünyadovun 90  illik  yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planı təsdiq edilsin (əlavə olunur).
2. Ali təhsil müəssisələrinin rektorlarına Tədbirlər planının icrasının  təmin edilməsi və görülmüş işlər haqqında məlumatın 2012-ci il 10 iyun tarixinədək Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.
3. Təhsil Nazirliyinin Elm (G.Hüseynova) şöbəsi əmrdən irəli gələn məsələləri həll etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarətı öz üzərimə götürürəm.  
Əsas: Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli, 1859 nömrəli Sərəcamı.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
16  yanvar 2012-ci il
№ 23

 
Əlavə: