Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının qərarı

Azəbaycan Respublikası                               Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
                Təhsil Nazirliyi                                                       İttifaqı Respublika Komitəsi
 
Q Ə R A R
 
Bakı şəhəri                                                       02 mart 2009-cu il
 
Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının
keçirilməsi barədə
 
Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti
 
QƏRARA ALIR:
 
1. Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasıriyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə 2009-cu ilin mart-may aylarında keçirilsin.  
2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə olunur) yaradılsın.
3. Olimpiadanın I turu 2009-cu il aprel ayının 5-dək ali məktəblər tərəfindən keçirilsin.
4. Olimpiadanın II respublika turu 2009-cu il may ayında Bakı Slavyan Universitetində keçirilsin.   
5. Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2004-cü il tarixli 675 nömrəli əmri ilə təsdiq edilmiş “Ali məktəb tələbələrinin Respublika fənn olimpiadası haqqında Əsasnamə”yə uyğun keçirilsin.
 
6. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:
6.1. Təhsil Nazirliyi:
- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;
- Olimpiada qalibləri üçün hədiyyələrin alımasını.
6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:
1-ci yer (11 nəfər) üçün 300 manat
2-ci yer (22 nəfər) üçün 150 manat
3-cü yer (33 nəfər) üçün 100 manat
- Olimpiada qaliblərini hazırlaşdıran müəllimlərin (66 nəfər) hər biri üçün 100 manat, Münsiflər Heyətinin sədrlərinə (11 nəfər) isə 200 manat məbləğində pul mükafatının ayrılmasını.
7. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
8. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynazdə) qərarın “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
9. Qərarın icrasına nəzarət nazir müavini İ.Hüseynovaya və sədr müavini Ş.Əsgərova həvalə olunsun. 

Azəbaycan Respublikasının 
təhsil naziri:  Misir Mərdanov 
Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri:
Səttar Mehbalıyev
                                                                                
                                                                                                                                  


Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasının keçirilməsi barədə

Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri

Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə

 
ƏMR EDİRƏM:
 

1. Ali məktəb tələbələrinin XIV Respub­lika olim­pi­adası riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə 2009-cu ilin  mart-may  aylarında  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilsin.

2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə 1) və fənlər üzrə Münsiflər heyəti yaradılsın (əlavə 2).
3.  Ali məktəb rektorlarına tapşırılsın:
3.1. Müvafiq fənlər üzrə Olimpiadaya hazırlıq qrupları yaradılsın.
3.2. Olimpiadanın I turu 2009-cu ilin  aprel ayının 5-dək  keçirilsin.
3.3. Olimpiadanın I turunun yüksək səviyyədə keçirilməsi təmin edilsin.
3.4. Olimpiadanın I turunda qalib çıxmış və  II tura vəsiqə almış tələbələrin siyahısı və onların hər biri üçün «Olimpiada iştirakçısının anketi» 10 aprel 2009-cu ilədək Təhsil Nazirliyinə təqdim edilsin.
4. Olimpiadanın II turu Bakı Slavyan Uni­ver­si­te­tinin bazasında cari ilin may ayında keçirilsin.
5. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova)  tapşırılsın:
5.1. İqtisadiyyat şöbəsi (H.Zeynalov) ilə birgə Olimpiadanın xərclər smetasını hazırlayıb təsdiq üçün təqdim etsin.
5.2. Ali məktəblərdə Olimpiadanın I turunun keçirilməsinə nəzarəti həyata keçirsin.
5.3. Olimpiadanın II turunun mütəşəkkil keçirilməsi üçün lazımi tədbirlər görsün.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynazdə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.

 

 
                                                                    Misir Mərdanov
Təhsil naziri
02.03.2009-cu il
№ 240