Ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadası barədə qərar və əmr

Azəbaycan Respublikası                               Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
                Təhsil Nazirliyi                                                       İttifaqı Respublika Komitəsi
 
Respublika ali təhsil müəssisələrində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti
 
QƏRARA ALIR:
 
1. Tələbələrinin XVI Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə) 2011-ci ilin aprel-may aylarında 2 tur üzrə keçirilsin.  
2. Olimpiadanın I turu 2011-ci il 5 - 30 aprel tarixlərində ali təhsil müəssi­sə­lə­rində, II yekun turu cari ilin may ayında Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.
3. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə 1) yaradılsın .
4. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:
4.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;
- Olimpiada qalibləri üçün hədiyyələrin alımasını.
4.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:
1-ci yer (12 nəfər) üçün 300 manat
2-ci yer (24 nəfər) üçün 150 manat
3-cü yer (36 nəfər) üçün 100 manat
- Münsiflər heyətinin sədrlərinə (12 nəfər) 200 manat məbləğində pul mükafatının ayrılmasını.
5. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
6. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını və İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.
7. Qərarın icrasına nəzarət nazir müavini İ.Hüseynovaya və sədr müavini Ş.Əsgərova həvalə olunsun.
                                                                                 

                                                                                                                                  
                                                                                                                                                
Azəbaycan Respublikasının 
təhsil naziri: 
Misir Mərdanov 
Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:
Səttar Mehbalıyev


31 mart 2011-cu il,
509


Ali məktəb tələbələrinin XVI Respublika fənn olimpiadasının keçirilməsi haqqında
Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 31 mart 2011 tarixli, 509 nömrəli qərarını nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. Tələbələrin XVI Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə) 2011-ci ilin aprel-may aylarında 2 tur üzrə keçirilsin.
2. Olimpiada keçirilən fənlərin siyahısına biologiya fənni əlavə edilsin.
3. Olimpiadanın I turu 2011-ci il 5 - 30 aprel tarixlərində ali təhsil müəssisələrində, II yekun turu cari ilin may ayında Azərbaycan Dövlət İqtisad Universitetində keçirilsin.
4. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə 1) və Münsiflər heyəti (əlavə 2) yaradılsın .
6. Ali təhsil müəssisələrinin rektorları:
6.1. Olimpiadanın I turunun yüksək səviyyədə keçirilməsi təmin etsinlər;
6.2. Olimpiadanın I turunda qalib çıxmış və II tura vəsiqə qazanmış tələbələrin siyahısı, habelə onların hər biri üçün “Olimpiada iştirakçısının anketi” 2011-ci il 5 may tarixədək Təhsil Nazirliyinə təqdim etsinlər.
7. Olimpiadanın II turunun yüksək təşkilatçılıq səviyyəsində həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Dövlət İqtisad Universitetinin rektoruna (Ş.Hacıyev ) tapşırılsın.
8. Təhsil Nazirliyinin Elm şöbəsi (G.Hüseynova) :
8.1. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ilə birgə Olimpiadanın xərclər smetasını 15 gün müddətində hazırlayıb təsdiq üçün təqdim etsin.
8.2. Ali təhsil müəssisələrində Olimpiadanın I turunun yekunlarının ümumiləşdirilməsi, müvafiq məlumat bazasının hazırlanması həyata keçirsin.
8.3. Olimpiadanın II turunun keçirilməsi üçün lazımi tədbirlər görsün.
8.4. Olimpiada qalibləri üçün diplomların hazırlanması və hədiyyələrin alınmasını təmin etsin.
9. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını və nazirliyin veb-saytında yerləşdirilməsini təmin etsin.
10. Ümumi şöbə (H.Məmmədova) əmrin çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
11. “Ali məktəb tələbələrinin Respublika fənn olimpiadası haqqında Əsasnamənin təsdiqi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2004-cü il tarixli, 675 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
12. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə olunsun.
 
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
07 aprel 2011-cu il
№ 533