Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

"Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planının 26-cı bəndinin icrası ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 4, maddə 299, № 8, maddə 550, № 10, maddə 639; 1999-cu il, № 2, maddə 150; 2000-ci il, № 5, maddə 374, № 7, maddə 559, № 8, III kitab, maddə 643, № 9, maddələr 690, 699, 700, № 10, maddə 770; 2001-ci il, № 4, maddə 289, № 8, maddə 561; 2002-ci il, № 4, II kitab, maddələr 209, 212; 2005-ci il, № 1, maddə 56; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2008-ci il, № 7, maddələr 672, 687; 2009-cu il, № 9 maddələr 742,744, № 12, maddələr 1061, 1071; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 141 nömrəli qərarı) aşağıdakı məzmunda 4.16-cı yarımbənd əlavə edilsin:
"4.16. "Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedici sənədi əsasında idxal gömrük rüsumundan azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".
 2. "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 55, № 4, maddə 378, № 10, maddə 980; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652; 2007-ci il, № 6, maddə 700, № 7, maddə 743, №12, maddə 1355; 2008-ci il, № 4, maddə 325, № 7, maddələr 672, 687, № 11 maddə 1036; 2009-cu il, № 1, maddə 25, № 4, maddə 291, № 9, maddələr 742, 744, № 12, maddə 1071; 2010-cu il, № 4, maddə 356; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli 141 nömrəli qərarı) aşağıdakı məzmunda 1.19-cu yarımbənd əlavə edilsin:
"1.19. "Azərbaycan Milli Elmlər Akademiyasının təsdiqedici sənədi əsasında idxalda əlavə dəyər vergisindən azad olunan elmi cihazların və avadanlıqların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) üzrə Siyahısı" təsdiq edilsin (əlavə olunur).".
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir və 2016-cı il yanvarın 1-dək qüvvədədir.
 
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə.
Bakı şəhəri, 13 dekabr 2010-cu il.
№ 232.