Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq olunmuş “ Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları“nın icrası ilə əlaqədar Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
QƏRARA ALIR:
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
A.Rasi-zadə
Azərbaycan Respublikasının Baş naziri. 
Bakı şəhəri, 01 iyul 2010-cu il.
№ 129

 
Qərarın icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi barədə 1 iyul 2010-cu il tarixli, 129 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.
2. Ali məktəb rektorlarına tapşırılsın ki, yeni doktoranturaların yaradılması barədə təkliflərini, 2010-cu il üzrə doktoranturaya qəbul və dissertantura yolu ilə hazırlıq planlarının layihələrini cari ilin 20 iyul tarixinədək Təhsil Nazirliyinə təqdim etsinlər.
3. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
3.1. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Qaydalar”ın ali məktəblərin müvafiq strukturları tərəfindən öyrənilməsini, habelə onun məzmununun və mahiyyətinin doktorantlara və elmi ictimaiyyətə çatdırılmasını təmin etsin.
3.2. Yeni doktoranturaların yaradılması barədə ali təhsil müəssisələrinin təkliflərini və qəbul planlarının layihələrini qısa müddət ərzində araşdırsın və Nazirlər Kabinetinə təqdim etmək üçün müvafiq təkliflər hazırlasın.
3.3. Nazirliyin digər aidiyyəti struktur bölmələri ilə birgə doktorantura proqramlarının məzmununa qoyulan tələblərin hazırlanmasını 01 noyabr 2010-cu il tarixinədək təmin etsin.
4. Doktoranturada ödənişli əsaslarla təhsilə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi barədə 1 iyul 2010-cu il tarixli, 129 nömrəli qərarından irəli gələn digər zəruri tədbirlərin həyata keçirilməsi Elm şöbəsinə (G.Hüseynova) və İqtisadiyyat şöbəsinə (Ş.Əliyev) tapşırılsın.
5. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini İ.Hüseynovaya həvalə edilsin.
 
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.07.2010-cu il tarixli, 129 saylı qərarı.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri 
13 iyul 2010-cu il
 № 1092