Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Elmi-tədqiqat işlərinin aparılmasında doktorantların və gənc tədqiqatçıların elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların elmi nailiyyətlərini müzakirə etmək və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə 
 
ƏMR EDİRƏM:
 
1. 2010-cu ilin dekabr ayında Bakı Dövlət Universitetində Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransı keçirilsin.
3. Təşkilat komitəsinə tapşırılsın:
3.1. Məruzələrin tezisləri 5 oktyabr 2010-cu ilədək toplanıb Təhsil Nazirliyinin Elm şöbəsinə təqdim edilsin.
3.2. Konfransın yüksək səviyyədə keçirilməsi təmin edilsin.
4. Konfransın proqramının 20 noyabr 2010-cu il tarixədək hazırlanması Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın.
5. Konfransın proqramının və məruzə tezislərinin nəşri Bakı Dövlət Universitetinin rektoruna (A.Məhərrəmov) tapşırılsın.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azər­baycan müəllimi” qəzetində, “Təhsil xəbərləri” məlumat-in­formasiya məcmuəsində dərc olunmasını və Nazirliyin inter­net saytında yerləşdirilməsini təmin etsin.
7. Ümumi şöbə əmrin çoxaldılmasını və yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya hə­valə edilsin.
ƏSAS: Elm şöbəsinin iş planı. 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri 
10 mart 2010-cu il
 № 288

Əlavə