Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının qərarı

Azəbaycan Respublikası                               Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar
                Təhsil Nazirliyi                                                       İttifaqı Respublika Komitəsi
 

Respublika ali məktəblərində təhsil alan tələbələrin müxtəlif fənlərə marağının artırılması, həmin fənlər üzrə yüksək bilik nümayiş etdirən tələbələrin aşkar edilməsi və onlarda biliyə olan həvəsin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

QƏRARA ALIR: 

1. Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadası (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri fənləri üzrə) 2010-cu ilin aprel-may ayında keçirilsin.

2. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi (əlavə 1) və fənlər üzrə Münsiflər heyəti (əlavə 2) yaradılsın.

3. Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 iyul 2004-cü il tarixli, 675 nömrəli əmri ilə təsdiq edilmiş “Ali məktəb tələbələrinin Respublika fənn olimpiadası haqqında Əsasnamə”yə uyğun keçirilsin. 

4. Olimpiadanın keçirilməsi ilə bağlı tərəflər öz üzərinə aşağıdakıları götürür:

4.1. Təhsil Nazirliyi:

- Olimpiada qalibləri üçün diplomların hazırlanmasını;

- Olimpiada qalibləri üçün hədiyyələrin alımasını.

4.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

- Olimpiada qaliblərinə aşağıdakı məbləğdə mükafatların verilməsini:

1-ci yer (11 nəfər) üçün 300 manat

2-ci yer (22 nəfər) üçün 150 manat

3-cü yer (33 nəfər) üçün 100 manat;

- Münsiflər heyətinin sədrlərinə (11 nəfər) 200 manat məbləğində pul mükafatının ayrılmasını.

5. Tərəflər olimpiadanın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

6. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynazdə) qərarın “Azərbaycan müəllimi”, “Təhsil işçisi” qəzetlərində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.

7. Qərarın icrasına nəzarət nazir müavini İ.Hüseynovaya və sədr müavini Ş.Əsgərova həvalə olunsun.

                                                                                 
                                                                                                                                  
                                                                                                                                                
Azəbaycan Respublikasının 
təhsil naziri: 
Misir Mərdanov 
Azəbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:
Səttar Mehbalıyev


31 mart 2010-cu il,
334


Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının keçirilməsi haqqında
Azərbaycan Respublikasi Təhsil Nazirinin əmri
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarını nəzərə alaraq
 
ƏMR EDİRƏM:
 
1. Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadası11 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis, alman, fransız və rus dilləri) keçirilsin.
2. Olimpiadanın I turu 2010-cu il 1-25 aprel tarixlərində ali məktəblərdə, II yekun turu 2010-cu ilin may ayında Azərbaycan Texniki Universitetində keçirilsin.
3. Olimpiadanın keçirilməsi məqsədilə Təşkilat komitəsi və fənlər üzrə Münsiflər heyəti yaradılsın (əlavə 1).
4. Ali məktəb rektorlarına tapşırılsın:
4.1. Olimpiadanın I turunun yüksək səviyyədə keçirilməsi təmin edilsin.
4.2. Olimpiadanın I turunda qalib çıxmış və II tura vəsiqə qazanmış tələbələrin siyahısı, habelə onların hər biri üçün “Olimpiada iştirakçısının anketi” 2010-cu il 1 may tarixədək Təhsil Nazirliyinə təqdim olunsun.
5. Оlimpiadanın II turunun yüksək təşkilatçılıq səviyyəsində həyata keçirilməsinin təmin edilməsi Azərbaycan Texniki Universitetinin rektoruna (H.Məmmədov) tapşırılsın.
6. Təhsil Nazirliyinin Elm şöbəsinə (G.Hüseynova) tapşırılsın:
6.1. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) ilə birgə Olimpiadanın xərclər smetası 15 gün müddətində hazırlanıb təsdiq üçün təqdim edilsin.
6.2. Ali məktəblərdə Olimpiadanın I turunun yekunlarının ümumiləşdirilməsi, müvafiq məlumat bazasının hazırlanması həyata keçirilsin.
6.3. Olimpiadanın II turunun keçirilməsi üçün lazımi tədbirlər görülsün.
6.4. Olimpiada qalibləri üçün diplomların hazırlanması və hədiyyələrin alınması təmin edilsin.
7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini İ.Hüseynovaya həvalə edilsin.
 
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
31 mart 2010-cu il
№ 333