Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsi barədə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

Azərbaycan Respublikası Azərbaycan Təhsil İşçiləri
Təhsil Nazirliyi Azad Həmkarlar İttifaqı
  Respublika Komitəsi
   
“28” fevral 2018-ci il “15”fevral 2018-ci il
№ Q-03 № 3/14

 

Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsi barədə

 

Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsi barədə

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. 2018-ci ilin mayı 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olur. Ulu öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti

 

QƏRARA ALIR:

 

1. Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı 3 mərhələ üzrə 2018-ci ilin mart-may aylarında keçirilsin.

2.  Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin bədii-yara-dıcılıq müsabiqə-festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3. Müsabiqə-festival qaliblərinin yekun konserti 2018-ci ilin may ayının birinci yarısında keçirilsin.

4. Bədii yaradıcılıq müsabiqə-festivalının Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsinin (əlavə 2) və Münsiflər heyəti üzvlərinin (əlavə 3) siyahısı təsdiq edilsin.

5. Respublika Təşkilat Komitəsi, ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin rəhbərləri, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri:

­ müsabiqə-festivalın yüksən səviyyədə keçməsi üçün tələbələrə lazımi şəraitin yaradılmasını;

­ bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun olaraq müsabiqə-festivalın keçirilməsini;

­ yekun konsertin KİV tərəfindən işıqlandırılmasının təmin etsin.

6. Bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsi ilə bağlı tərəflər üzərinə götürür:

6.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

­ müsabiqə-festival qaliblərinin yekun konsertinin keçirilməsi üçün yerin (zalın) icarəyə götürülməsini;

­ müsabiqə-festivalın media təminatı təmin etməyi.                                 

6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:

­ Müsabiqə-festivalda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə hədiyyələrin  alınmasını;

­ Diplomların, dəvətnamələrin hazırlanmasını;

­ Münsiflər heyətinin sədrinə 800 manat, üzvlərinə 500 manat məbləğində pul mükafatının ayrılmasını;

­ Müsabiqənin I və II mərhələsinin keçirilməsi zamanı Münsiflər heyətinin zonalarda iştirakının təmin olunmasını;

­ Respublika mərhələsində bölgələrdə təhsil alan iştirakçıların Bakıya ezamiyyə xərclərinin ödənilməsini təmin etməyi.

7. Tərəflər müsabiqə-festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasının hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

8. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsi (R.Nəzirov) bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.

9. Təhsil Nazirliyinin və Respublika Komitəsinin müvafiq şöbələri qərar və əlavələrin “Azərbaycan müəllimi” qəzetində dərs olunmasını və internet səhifələrində yerləşdirilməsini təmin etsinlər.

10. Qərarın icrasına nəzarət nazir müavini F.Qurbanova və sədr müavini M.Cəfərzadəyə həvalə olunsun.

Ceyhun Bayramov
Azərbaycan Respublikasının

təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavin
Səttar Mehbalıyev
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri

 


Əlavə:

1. Ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçiriləcək  bədii yaradıcılıq festivalının Əsasnaməsi

2.Təşkilat Komitəsinin tərkibi

3. Münsiflər heyəti