“Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar  edilməsi, həmçinin ciddi elmi  tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsini təmin etmək məqsədi ilə

 

ƏMR EDİRƏM:

 

1. 2016-cı il 11-13 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” V Respublika müsabiqəsi keçirilsin.

2. Ümumi təhsil müəssisələrinə direktorları:

2.1. 2015-ci il 1 noyabr tarixindən etibarən şagirdlərin mövzularının sabahinalimleri.edu.az saytında onlayn rejimində qeydiyyatdan keçirilməsini və 25 dekabr tarixinədək şagirdlər tərəfindən təsdiq edilmis mövzular üzrə aparılan tədqiqatların başa çatdırılmasını təmin etsinlər;

2.2. Müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin qeydiyyatdan keçməsi 2016-cı il 15 yanvar tarixinədək təmin edilsin.

3. Müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universiteti (A.Məhərrəmov), Azərbaycan Texniki Universiteti (H.Məmmədov), Sumqayıt Dövlət Universiteti (E.Hüseynov) , Naxçıvan Dövlət Universiteti (S.Məhərrəmov) və Qafqaz Universitetinə (Ə.Saniç) tapşırılsın.

4. Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəsissələrində  müsabiqənin təşkili ilə bağlı məsələlərin həlli  Naxçıvan Muxtar Respublikasının təhsil naziri P.Nağıyevə həvalə edilsin.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə və Sumqayıt şəhərlərinin təhsil idarələrinə, digər rayon və təhsil şöbələrinə ümumi təhsil müəssisələri arasında müsabiqənin məqsədlərinin təbliğ edilməsi, elmi tədqiqatlara cəlb olunan şagirdlərin əhatə dairəsinin genişləndirilməsi və müsabiqəyə hazırlıqla bağlı məsələlərin həllində ümumi təhsil müəssisələrinə köməklik göstərilməsi tapşırılsın.

6. Elm və ali təhsil şöbəsinin sektor müdiri, müsabiqənin direktoru G.Hüseynova:

6.1. Müsabiqənin yüksək səviyyədə keçirilməsi ücün hazırlıq işlərini həyata keçirsin;

6.2. Müsabiqənin Təlim Akademiyasının təşkili və treninqlərin keçirilməsini  təmin etsin;

6.3. Müsabiqənin Münsiflər Heyətinin tərkibi haqqında təkliflər hazırlayıb Nazirliyin rəhbərliyinə təsdiq üçün təqdim etsin;

6.4. Müsabiqənin həmtəşkilatçısı olan nazirlik və təşkilatçıların birgə qərarının layihəsini hazırlayıb 20 gün müddətinə Nazirliyin rəhbərliyinə təqdim etsin.

6.5. Müsabiqənin keçirilməsi bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

7. Təhsilin inkişafı proqlamları şöbəsinə (E.Əmrullayev) müsabiqədə layihələrin qiymətləndirilməsi və seçim prosesinin həyata keçirilməsinə köməklik göstərilməsi tapşırilsın.

8. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin keçirilməsi ilə bağlı müvafiq mal iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

9. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal və xidmətlərin satın alınması Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrilmasını təmin etsin.

10. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (S.Məmmədov) Müsabiqəyə texniki dəstək verilməsini (müvafiq elektron xidmətlərin göstərilməsi) təmin etsin.

11. İnformasiya şöbəsi (E.Əliyev) əmrin çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, QHT və KİV- lərlə iş sektoru (C.Valehov) əmrin Nazirliyin internet səhifəsində yerləşdirilməsini və  “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını  təmin etsin.

12.  Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə edilsin.             

Əsas: nazir müavini C.Bayramovun təqdimatı.

                                                                                                                                                                     

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

27 oktyabr 2015-ci il

№1023