25.05.2018

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyi nazirliyin aparatı üçün qum şitinin və yanğınsöndürən balonların alınması, eləcə də mövcud yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 30.05. 2018-ci il saat 18:00-dək qəbul olunur .

Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.