30.04.2018

Satınalma müqaviləsinin bağlanılması barədə

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumtəhsil müəssisələrinə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satınalınması ilə əlaqədar keçirilmiş tenderdə iştirak edən  iddiaçıların təklifləri qiymətləndirilib.

Tenderin nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən, “San-Prof” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 17 aprel 2018-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.