30.01.2018

İslam İnkişaf Bankının 2018-2019-cu tədris ili üçün Təqaüd Proqramı

 

İslam İnkişaf Bankı (İİB) 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir. Bu proqram İİB-ə üzv olan ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcəkdir.

Proqram çərçivəsində qarşılanan xərclər: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti.

Tələb olunan sənədlər: ərizə forması, CV (tərcümeyi-hal), bakalavr təhsili üzrə diplom və diploma əlavə, magistratura təhsili üzrə diplom və diploma əlavə, 2 ədəd fotoşəkil, ümumvətəndaş pasportunun surəti, xarici dil sertifikatı (olduğu təqdirdə), iş yerindən arayış, qəbul haqqında sənəd (olduğu təqdirdə).

Qeyd: Bütün sənədlər ingilis dilində tərcümə-təsdiq olunmalıdır.

 

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından ərizə formasını doldurmaları və 15.02.2018-ci il 12:00-a kimi tələb olunan bütün sənədləri İqtisadiyyat Nazirliyinə (əlaqələndirici şəxs Elnur Şükürov – tel:0124938867, daxili 2036, e-poçt: elnur.shukurov@economy.gov.az) təqdim etmələri xahiş olunur.

 

Ətraflı məlumat üçün:

http://www.isdb.org/irj/portal/anonymous?NavigationTarget=navurl://c28c70fde436815fcff1257ef5982a08