24.01.2018

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı tələbələr üçün 2018/19-cu tədris ili üzrə təqaüd proqramı elan edir

 

Təhsil səviyyəsi: Magistratura

Tədris dili: İngilis dili

İxtisaslar: Heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi

Qarşılanan xərclər: Təhsil haqqı, yaşayış xərci və tibbi sığorta

Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları tələb olunan sənədləri REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərməlidirlər.

Son müraciət tarixi: 28.02.2018

 

Qeyd: Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə namizədlər REU-Scholarship@fao.org ünvanı ilə əlaqə saxlaya bilərlər.

 

Ərizə forması