14.04.2017

Satın alınma ilə bağlı bildiriş

2017/2018-ci tədris ilinə ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satın alınması üzrə keçirilən açıq tender iştirakçılarının şifahi sorğularına, eləcə də “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq əsas şərtlər toplusunda  aşağıdakı dəyişiklik edilmişdir:

Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğu iştirak etdiyi lotlar üzrə son üç il ərzində dərsliklərin nəşri və çapı sahəsində uğurla yerinə yetirdiyi müqavilələrin cəmi məbləğinə cavab verməlidir.

 

Lot nömrəsi Minimal müqavilə məbləği (manatla)
Lot 1 450000.00
Lot 2 700000.00
Lot 3 2050000.00
Lot 4 550000.00
Lot 5 500000.00
Lot 6 1100000.00
Lot 7 1900000.00
Lot 8 650000.00

 

Açıq tenderin əsas şərtlər toplusunda edilmiş bu dəyişiklik tender iştirakçıları üçün məcburi qüvvəyə malikdir. Bu dəyişiklik iştirakçılar arasında sağlam rəqabət mühitinin yaradılmasına və iştirakçıların say tərkibinin artırılmasına imkan verəcəkdir.        

             

Azərbaycan Respublikası 

Təhsil Nazirliyinin Tender komissiyası