24.06.2016

Türkiyə Bələdiyyələr Birliyi 21-31 avqust 2016-cı il tarixlərində keçiriləcək Beynəlxalq Yerli İdarəetmə Staj Proqramına qəbul elan edir

Staj proqramı Balkan, Şimali Afrika, Qafqaz, Yaxın Şərq və Orta Asiya ölkələrinin yerli idarəetmə ilə məşğul olmağı arzu edən, ali təhsil müəssisələrinin hüquqşünaslıq, iqtisadiyyat, mühəndislik, şəhərsalma-memarlıq, sosiologiya, rabitə və informasiya texnologiyaları, siyasət, beynəlxalq münasibətlər və digər yaxın ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri və ya yeni məzun olmuş şəxslər üçün nəzərdə tutulub.

Proqram haqqında daha ətraflı məlumatı http://www.tbb.gov.tr internet səhifəsindən əldə etmək olar.