13.06.2016

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2016-cı ildə inkişafına dair qrant müsabiqəsinin elanı

Təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əladə etmək və kadr hazırlığını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2016-cı ildə inkişafı üzrə qrant müsabiqəsi elan edir.

 

Müsabiqədə iştirak:

Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.

 

Müsabiqədə iştiraka dair tələblər:

1. “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin icrası üçün iddialı olan qurum ümumi təhsil sahəsində krossfunksional (pedaqoq, psixoloq, həkim, memar, mebel texnoloqu, media işçiləri, QHT-lər, məmurlar və s. bir araya gəlməklə) layihələrin icrasında minimum 2 illik təcrübəyə malik olmalıdır.

2. Ümumi təhsil müəssisələrində təhsilalanların hərtərəfli (fiziki, psixi, idraki, mənəvi) inkiaşfı və sağlamlığının qorunması məsələlərinə dair  layihələrin icrasında ən azı 2 il  təcrübəsinin olması:

- Təhsilalanların sağlamlığının qorunmasına dair icra edilmiş layihənin adı, məqsədi, icra edildiyi yer, cəlb edilən kadr potensialı barədə ətraflı məlumat (CV) və əldə edilən nəticələr barədə hesabatların surəti;

3. Ümumi təhsil pilləsində, xüsusilə də, ibtidai təhsil səviyyəsində təhsilalanların fiziki-psixi sağlamlığı baxımından  müstəsna rolu olan (ətraf aləmin tam şəkildə dərk edilməsini, emosional stabilliyin qorunması və təlim marağının yüksəldilməsini təmin edən) inteqrativ təlim  texnologiyalarının  tətbiqi ilə bağlı təcrübəsini  təsdiq edən aşağıda qeyd edilən məlumatların təqdim edilməsi:

- inteqrativ təlim texnologiyaları baxımından pedaqoji kadr  hazırlığında istifadə edilən proqram və təlim materialları;

- təlimlərin təşkili və keçirilməsi prosesinin qısa xülasəsi;

- təlimi aparan təlimçilərin siyahısı və CV-ləri;

- təlimdən keçmiş müəllimlərin siyahısı;

- ətraf aləmin tam dərk edilməsini təmin edən inteqrativ dərs modelinə dair dərsin cari planlaşdırılma nümunələri;

4. Layihə rəhbəri müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.

 

Layihələrin təqdim edilməsi:

Layihə təklifləri 20 iyun 2016-cı ilədək Nazirliyə elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

• QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti

• Təşkilatın Nizamnaməsinin surəti

• Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti

• Təşkilatın VÖEN-nin surəti

• Təşkilat haqqında məlumat

• Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)

 

Qiymətləndirmə meyarları:

1. Qurumun təcrübəsi.

2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması.

3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli  layihələrdə iştirak təcrübəsi;

4. İcraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrdə uğurlu iştirakı.

5. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması.

6. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

 

Müsabiqənin müddəti:

Layihələrin qəbulu 13 iyun 2016-cü il tarixdən başlayır və 20 iyun 2016-cü il tarixdə başa çatır.

 

Layihələrin qəbulu üçün son tarix:

20 iyun 2016-cı il, saat 18:00.