10.03.2016

Koreya Hökumətinin Təqaüd Proqramı

Koreya İnkişaf İnstitutunun İctimai Siyasət və İdarəetmə üzrə Məktəbi “Koreya Dövlət Təqaüd Proqramı”na tələbə qəbulunu elan edir. 3 illik təqaüd proqramına tələbə qəbulu aşağıda göstərilmiş proqramlar üzrə həyata keçirilir:

- İctimai Siyasət üzrə Magistr Proqramı

- İnkişaf Siyasəti üzrə  Magistr Proqramı

- İctimai İdarəetmə üzrə Magistr Proqramı

Təqaüd Proqramına qəbul edilmiş tələbələr yol xərci, təhsil haqqı və aylıq təqaüdlə təmin ediləcəkdir. Təqaüd Proqramına son ərizə qəbulu tarixi 25 mart 2016-cı ildir. 

Proqram haqqında daha ətraflı məlumatı http://admissions.kdischool.ac.kr/

keçidindən əldə etmək mümkündür.

Qeyd: Təqaüd proqramları ilə bağlı tələbələr birbaşa olaraq Koreya tərəfinə müraciət etməlidirlər.