Naxçıvan MR Təhsil Nazirliyinə, rayon(şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin tabeliyində olan ümumtəhsil müəssisələrinə

Azərbaycan Respublikasının Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 13 aprel 2018-ci il tarixli 017 nömrəli əmri ilə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə uşaq və gənclər arasında VII “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışı keçirilir.

Yarışın əsasnaməsi əlavələrlə birlikdə Təhsil Nazirliyinin www.edu.gov.az saytında  verilmişdir.

Yarışın təşkili və keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə saxlamaq, qalib komandanızın müsabiqənin zona mərhələsində iştirakını təmin etmək, zona mərhələsində iştirak etmək hüququ qazanmış komandaları vahid formada geyim, idman dəstləri, nəqliyyatla təmin etmək, eyni zamanda ezam olunan komandanın rəhbəri və müşayiətçilərin ezamiyyə xərclərini vaxtında ödəmək, respublika turunda iştirak etmək hüququ qazanmış komanda haqqında məlumatları məktubla Təhsil Nazirliyinə bildirmək xahiş olunur.

 

Firudin Qurbanov,

təhsil nazirinin müavini
25 aprel 2018-ci il 
№ 03-07-715/13


 

“Gənc xilasedici və yanğınsöndürən” yarışının keçirilməsi haqqında Əsasnamə