• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib

Fevralın 29-da AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) rəhbəri professor Hasan Mandal, AMEA-nın Rəyasət Heyətinin üzvləri, millət vəkilləri, AMEA-nın həqiqi və müxbir üzvləri, həmçinin əhatə etdiyi elmi müəssisə, təşkilatların direktorları və ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

 

Ümumi yığıncaqda əvvəlcə 2023-cü ilin yekunlarına həsr olunmuş sərgiyə baxış keçirilib.

 

Tədbiri AMEA-nın prezidenti İsa Həbibbəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

  

Ümumi yığıncaqda AMEA-nın prezidenti İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: ilkin nəticələr və perspektivlər” mövzusunda məruzəsi dinlənilib. Akademik İsa Həbibbəyli AMEA-da gənclərin aktiv fəaliyyəti və onların stimullaşdırılması istiqamətində önəmli addımların atıldığını, bu məqsədlə akademiya mükafatının təsis olunduğunu söyləyib,  gələcək elmi nəsillərin formalaşdırılması məqsədilə doktorantura təhsilinin keyfiyyətinin yüksəldilməsinin vacibliyini vurğulayıb.

 

Sonra elm və təhsil naziri Emin Əmrullayevin “Elm siyasətinin reallıqları və perspektivləri” mövzusunda məruzəsi dinlənilib. Nazir qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsi həm də Azərbaycan təhsili qarşısında böyük elmi imkanlar açır.

 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyətə başlamasının ötən ilin əsas uğurlarından biri olduğunu deyən Emin Əmrullayev elmin maliyyələşdirilməsi ilə bağlı bir sıra məqamlara toxunub, əsas prioritetlərdən birinin də ali təhsil müəssisələrinin reytinqlərinin yaxşılaşdırılması olduğunu bildirib. Nazir həmçinin Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin respublikamızda elm və təhsilin inkişafına dəstək verə biləcəklərini deyib, bu istiqamətdə onlarla bir sıra müzakirələrin aparıldığını söyləyib. 

 

Daha sonra AMEA-nın birinci vitse-prezidenti Arif Həşimovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ilə dair hesabatı: mühüm elmi nəticələr və qarşıda duran vəzifələr” adlı məruzəsi dinlənilib. Bir sıra statistik rəqəmləri diqqətə çatdıran məruzəçi AMEA-nın el­mi bölmə­lə­ri üz­rə 173 prob­­lemin 515 möv­­zusuna dair 1614 elmi-təd­­qi­­qat işinin apa­­rıl­­dığını, 180 mü­­hüm el­­mi nə­­ti­­cənin alındığını, 42 işin tət­­­­­­biq olunduğunu söyləyib­­. Bildirilib ki, təsərrüfat müqavilə­lə­ri­nə əsa­­sən, 182 iş ye­ri­nə ye­ti­rilib, 11-i xa­­­­ri­­­­ci ol­­­­maq­­­­la 72 pa­­­­tent alınıb­­­, 17-si xa­­­­ri­­­­ci alim­­­­lər­­­­lə bir­­­­gə ol­­­maq­­­la 88 qrant la­­­­yi­­­­hə­­­­si üz­­­­rə nə­­­­zər­­­­də tu­­­­tul­­­­muş iş­­­­lə­­­­r başa çatdırılıb.

 

2023-cü il­­­­də aka­­­­­­de­­­­­­mi­­­­­­ya­­­­­­nın alim­­­­­­lə­­­­­­ri tə­­­­­­rə­­­­­­fin­­­­­­dən 500-ə yaxın ki­­­­tab və mo­noq­ra­fi­ya, 3000-ə ya­xını xa­­­­ric­­­­də ol­­­maq­­­la (bun­­­lar­­­dan 1000-ə ya­­­xı­­­nı “Web of Sci­­­­en­­­­ce” və “Sco­­­­pus” ba­­­­za­­­­la­­­­rı­­­­na da­­­­xil olan impakt-fak­­­­tor­­­­lu jur­­­­nal­­­­lar­­­­da)  ümumilikdə 9500-ə qədər  mə­­­­qa­­­­lə və te­­­­zis nəşr et­­­di­­­ril­­­­ib. El­­­­mi işçilərin əsər­­­­lə­­­­ri­­­­nə 31000-ə ya­xın is­­­­ti­­­­nad olun­­­­ub.

 

Sonra ümumi yığıncaqda Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasovun “Heydər Əliyev İli”: süni intellekt vasitəsilə elmi konfrans”, AMEA-nın Rəyasət Heyəti Aparatının Elektron akademiya şöbəsinin müdiri Fariz İmranovun “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda məruzələri dinlənilib.

 

Ümumi yığıncaqda həmçinin Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) rəhbəri Hasan Mandal çıxış edib. Hasan Mandal BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Azərbaycanda keçiriləcəyinin əhəmiyyətini vurğulayıb, Türkiyənin bu məsələdə də ölkəmizin yanında olduğunu və tədbirin yüksək səviyyədə keçiriləcəyinə inamını bildirib.

 

Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun və AMEA-nın müşaviri akademik Yaqub Mahmudovun “AMEA-nın tabeliyində olan və əhatə etdiyi elmi müəssisələrin 2023-cü ildəki elmi fəaliyyətinə dair” məruzəsi ətrafında çıxışları da dinlənilib.

 

Çıxışlardan sonra AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri ümumi yığıncağın qərar layihəsini səsləndirib.