Новости
 
? Məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu başlayır! ?️ 07 iyul 2026-cı il saat 11:00-dan etibarən regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə, 09 iyul 2026-cı il saat 11:00-dan etibarən isə Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılacaq. ⏰ Növbələrin aktivləşmə vaxtı: ? 2021 və 2022-ci il təvəllüdlü uşaqlar – saat 11:00 ? 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar – saat 15:00 ? Nəzərinizə çatdırırıq ki, bu il ilk dəfə olaraq qəbul prosesi “myGov” platforması üzərindən həyata keçiriləcək. Belə ki, valideynlər (və ya qanuni nümayəndələr) qeyd olunan tarixlərdə “myGov” kabinetinə daxil olaraq “Xidmətlər” bölməsindən Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər təhsil müəssisələrinə qəbul” xidmətini seçməklə elektron müraciət prosesini həyata keçirə bilərlər. ℹ️ Vacib məlumatlar: ✅ Bir uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsi seçilə bilər; ✅ Yaradılmış növbə boş yer olduğu halda minimum 5 gündən sonra sorğuya çevriləcək; ✅ Sorğu yaradıldıqdan sonra valideyn 7 gün ərzində tələb olunan sənədləri müvafiq məktəbəqədər təhsil müəssisəsinə təqdim etməlidir. ❗ Sənədlər vaxtında təqdim edilmədiyi təqdirdə sorğu ləğv ediləcək və növbə üzrə digər uşağın qəbulu həyata keçiriləcək. #ElmVəTəhsilNazirliyi #MÜTDA #MəktəbəqədərTəhsil #Bağça #ElektronQəbul
More? Canva artıq “Rəqəmsal məktəb”də! “Rəqəmsal məktəb” platformasının müəllim və şagird kabinetlərində “Canva” aləti istifadəyə verilib. Artıq müəllimlər dərs materiallarını, təqdimatları, poster və digər vizual resursları daha rahat hazırlaya, şagirdlər isə layihə, təqdimat və yaradıcı tapşırıqlarını vahid platformada hazırlayaraq öz ideyalarını vizual şəkildə təqdim edə biləcəklər. “Canva”nın “Rəqəmsal məktəb”ə inteqrasiyası: ✨ tədris və öyrənmə prosesini daha interaktiv edir; ? vizual öyrənməni dəstəkləyir; ⏱️ hazır şablonlarla vaxta qənaət yaradır; ? yaradıcılıq və rəqəmsal bacarıqların inkişafına töhfə verir. Rəqəmsal transformasiya istiqamətində atılan bu addım müəllim və şagirdlər üçün daha müasir, yaradıcı və səmərəli tədris mühiti formalaşdırmağa xidmət edir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #RəqəmsalMəktəb
More?AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı, Avropanın nüfuzlu Münxen Texniki Universitetinin (TUM) akademik dəstəyi ilə həyata keçirilən AZSET - beynəlxalq akademik standartları sənaye təcrübəsi ilə birləşdirən innovativ bakalavr təhsil proqramına qeydiyyat başlayıb! Təhsil proqramı hazırda kompüter elmləri ixtisası üzrə beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına yönəlib. ? Kimlər müraciət edə bilər? * Təbiət, texniki, texnoloji və əlaqəli ixtisaslarda təhsil alan; * Birinci kursu uğurla başa vurmuş tələbələr. ? Dil tələbi: * Minimum B2 səviyyəsində ingilis dili biliyi. ? Proqramın üstünlükləri: * Tamamilə ingilis dilində tədris; * TUM akademik yanaşması və kurikulumu; * Real layihələr üzərində praktiki təcrübə; * AZCON ekosistemində karyera imkanları. ? Məzunlar əldə edəcəklər: * AzTU-nun dövlət nümunəli bakalavr diplomu; * “TUM International GmbH” sertifikatı. ✈️ Əlavə imkanlar: * Yüksək nəticə göstərən tələbələr üçün Münhen Texniki Universitetinə tədris səfərləri. ? Qeydiyyat üçün son tarix: 15 iyul 2026 ? Qeydiyyat və daha ətraflı məlumat üçün keçid: https://www.azsetedu.az/ #ElmVəTəhsilNazirliyi #EduGovAz #AzTU #AZCON #AZSET
More