Новости
 
Elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib. Görüşdə Türk Akademiyasının 2024–2025-ci illər üzrə fəaliyyəti, cari ildə həyata keçirilən layihə və tədbirlər, eləcə də 2026-cı il üçün fəaliyyət planı, prioritet tədqiqat istiqamətləri və Türk dünyası üzrə yubiley tarixləri müzakirə olunub. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23135-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Moreİyunun 8-də Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qırğız Respublikasının maarif naziri Dogdurkul Kendirbayeva ilə görüşüb. Görüş zamanı iki ölkə arasında məktəbəqədər və ümumi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Moreİyunun 8-də Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin ilə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub. Xüsusilə İstanbulda açılması planlaşdırılan ümumi təhsil müəssisəsi, eləcə də iki ölkənin peşə təhsili müəssisələri arasında əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz
More