• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

МЕНЮ МЕНЮ НАЗАД

14/01/2025

2024-2025-ci tədris ilində SABAH qruplarının bakalavriat səviyyəsi üzrə 895, magistratura səviyyəsi üzrə isə 512 tələbə qəbul olub. Hazırda SABAH qruplarında 4225 tələbə təhsil alır. Ətraflı: https://edu.gov.az/az/programmes/sabah-qruplari-layihesi #ElmVəTəhsilNazirliyi #AliTəhsil #SABAH

More
14/01/2025

Bu gün saat 16:30-da Təhsil TV-də Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üzrə universitet və proqramların siyahısı mövzusu müzakirə olunacaq. Canlı yayımda sualları Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova cavablandıracaq.

More
13/01/2025

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov AZTV-nin "Hədəf" proqramında ideoloji təhlükəsizlik sahəsində vahid siyasətin həyata keçirilməsi, eləcə də gənclərə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində görülən işlərdən danışıb.

More