Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menu Menu Back Verify digital document
03/09/2026

Şagirdin uğuru yalnız bildikləri ilə ölçülürmü❓ ? Bilikləri real həyatda tətbiq etmək, məlumatı təhlil etmək, sübutları qiymətləndirmək, problem həll etmək və düzgün qərar vermək də ən az bilik qədər vacibdir. ? PISA 15 yaşlı şagirdlərin məhz bu bacarıqlarını beynəlxalq səviyyədə qiymətləndirir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #PISA #OECD

More
03/09/2026

? Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb. ? 2026–2027-ci tədris ili üzrə 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi seçilib. Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23286-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #TəhsildəQrantlar #MəktəbəqədərTəhsil

More
03/09/2026

Şagird nə bilir, yoxsa bildiyi ilə nə edə bilir? Məktəbdə öyrənilən bilikləri real həyatda tətbiq etmək nə dərəcədə vacibdir? PISA (Programme for International Student Assessment) - beynəlxalq qiymətləndirmə tədqiqatı məhz bu suallara da cavab axtarır. PISA-nın yanaşması yalnız şagirdin nə bildiyini deyil, əldə etdiyi bilik və bacarıqlardan yeni və real həyat situasiyalarında necə istifadə etdiyini qiymətləndirməyə əsaslanır. “Azərbaycan müəllimi” qəzetinin təhlil yazısında PISA-nın mahiyyəti, nəticələrin necə şərh olunmalı olduğu və təhsil sistemi üçün hansı sualları yaratdığı ətraflı izah edilir. Ətraflı: https://muallim.edu.az/sagirdin-oz-biliyini-heyatda-tetbiq-ede-bilmesi-ne-qeder-vacibdir-pisa-tedqiqati-esasinda-tehlil #ElmVəTəhsilNazirliyi #AzərbaycanMüəllimi #PISA

More