Education is the future of the nation!
Növbəti diaqnostik qiymətləndirmə Göygöldə keçiriləcək
2-4 dekabr 2016-cı il tarixlərində Göygöl Olimpiya İdman Kompleksində Göygöl, Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcəkdir.
Qiymətləndirmədə qeyd olunan rayonların ümumi təhsil müəssisələrində çalışan 7500 nəfərədək müəllim iştirak edəcək. Ötən il Gəncə şəhəri üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər də Gölgöldə keçiriləcək imtahanlara cəlb ediləcəklər.
Şuşanın Bərdə rayonunda yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri bu imtahanlarda iştirak edəcəklər.
Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkar edildiyi təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək mümkündür.
29.11.2016 - 12:24
More News
-
The Minister of Science and Education meets with the Science Minister of the Federal State of Saxony of Germany
19.10.2026 - 19:52 -
Ministry of Science and Education and President of the Lao People’s Democratic Republic meets with students at Baku State University
13.10.2026 - 23:40 -
Deputy Minister of Science and Education addresses the meeting of the Intergovernmental Commission between Azerbaijan and the United Kingdom
07.10.2026 - 18:11 -
Deputy Minister of Science and Education meets with Deputy Minister of National Education of Türkiye
07.10.2026 - 14:57 -
Minister of Science and Education meets with the Secretary-General of the Digital Cooperation Organization
06.10.2026 - 19:29
