A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large

SOSİAL MEDİA

30/05/2025

2-3 iyun 2025-ci il tarixlərində Gənc Tamaşaçılar Teatrında SABAH İncəsənət Festivalı keçiriləcək. İyunun 2-də Bakı Musiqi Akademiyasının SABAH tələbələrinin ifasında klassik musiqi proqramı, iyunun 3-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin ifasında Franz Kafkanın “Metamorfoz” tamaşası təqdim olunacaq. Eyni zamanda iki gün boyunca Azərbaycan Rəssamlıq Akademiyası, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH tələbələrinin müxtəlif sahələr üzrə incəsənət nümunələrinin nümayişi olacaq. Qeyd edək ki, SABAH İncəsənət Festivalı artıq 6 ildir keçirilir. SABAH qrupları #ElmVəTəhsilNazirliyi #SABAH #Festival

More on Facebook
30/05/2025

28–29 may 2025-ci il tarixlərində Dubay şəhərində yerləşən “Microsoft” İnnovasiya Mərkəzində Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə “Microsoft”un regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair görüşlər keçirilib. #ElmVəTəhsilNazirliyi #EduAz #Microsoft #TSİİ Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22122-1

More on Facebook
29/05/2025

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək. Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq festivalda hər bir azyaşlı və yeniyetmə öz maraq dairəsinə uyğun əyləncə seçib asudə vaxtını keçirə biləcək. #ElmVəTəhsilNazirliyi #heydaraliyevcenter #heydərəliyevmərkəzi #uşaqfestivalı #childfestival

More on Facebook