A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large

Virtual bələdçi

Daha ətraflı seçin:

Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyatla bağlı sualım var
Təhsil haqqının ödənilməsi ilə bağlı sualım var
Təhsil haqqımı necə ödəməliyəm?
Təhsil haqqınızı nağdsız formada, portal.edu.az, gpp.az, müştərisi olduğunuz bank və Azərpoçt vasitəsilə ödəyə bilərsiniz. Bunun üçün müəssisə sizin sənədlərinizi yoxlamalı və ödəniş edilməlidir statusu təyin etməlidir. Ödəniş edilməlidir statusu təyin edildikdən sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz.
Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə Güzəştli qəbul edildi statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.
Təhsil haqqında azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem üzərindən edə bilərəm?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza Təhsil haqqından azad addımı çıxacaqdır. Burada “Bəli”seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.
Məlumatların daxil edilməsi ilə bağlı sualım var
Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir.
Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır
Digər sənəd xanasının yanındakı + düyməsini sıxmaqla xana sayını artıra bilərsiniz.
Hansı xanalar məcburidir?
Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Sənədlərimi hansı formatda əlavə edim? Tək-tək bir neçə səhifə yüklənmir
Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.
Qəbul məlumatlarımı necə daxil etməliyəm?
Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyinə məlumat verməyiniz xahiş olunur.
Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.
Magistraturaya müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi magistraturaya qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir.  Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Elektron qeydiyyatla bağlı sualım var
Qeydiyyat nə zaman bitir?
Qeydiyyat 2021-ci ilin 13 iyuldan 22 iyul tarixinədək olacaqdır.
Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxın və açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.
Magistratura səviyyəsinə elektron formada necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az”  saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.
Magistratura səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.
Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyat etməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.
Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə sıxın və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Magistraturaya müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi magistraturaya qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Şəxsi məlumatlarımı necə doldurmalıyam?
Şəxsi məlumatlarınız avtomatik əks olunur. Siz əlavə olaraq, faktiki yaşadığınız ünvan və faktiki yaşadığınız rayon barədə məlumatları əl ilə daxil etməlisiniz. Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxsinizsə və Azərbaycan Respublikasında fərdi identifikasiya nömrəniz yoxdursa, müəyyən şəxsi məlumatları daxil etməyiniz tələb oluna bilər.
Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.
Qəbul məlumatlarımı necə daxil etməliyəm?
Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyin 146-6 qaynar xəttinə məlumat verməyiniz xahiş olunur.
Sənədlərimi hansı formatda əlavə edim? Tək-tək bir neçə səhifə yüklənmir.
Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.
Hansı xanalar məcburidir?
Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır.
Digər sənəd xanasının yanındakı + düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz. Müəssisə tərəfindən hər hansı əlavə sənəd tələb edilmirsə, həmin xanaya məlumat daxil etməyiniz məcburi deyil.
Təhsil haqqında azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem üzərindən edə bilərəmmi?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşısınızsa Təhsil haqqından azad addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunu kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.
Təhsil tələbə krediti əldə etmək üçün müraciət etmək istəyirəm. Nə etməliyəm?
TTK əldə etməyiniz üçün e-ttkf.edu.az sistemindən qeydiyyat etməlisiniz, parelel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandıra bilərsiniz. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TKK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür. Eyni zamanda, müəyyən statuslar vasitəsilə müəssisə və sistem tərəfindən kabinetiniz TTK müraciətinizin nəticələri barədə məlumat əldə edə biləcəksiniz.
Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir. Kabinetinizə daxil olan bidirişlri yekun qərar verilənədək izləməyiniz vacibdir.
Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə Güzəştli qəbul edildi status təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.
Təhsil haqqımı necə ödəməliyəm?
Ödəniş icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra “ödəniş edilməlidir” status təyin edilməlidir. Müraciətiniz ödəniş edilməlidir statusu aldıqda aşağıdakı addımları edə bilərsiniz. Bu zaman tələbənin kabinetinə bildiriş gələcək ki, ödəniş etsin.    Bu halda addım 1 Tələbə şəxsi kabinetilə ödəniş edə bilər. (Bugunədək bankla ödəniş etmişlər çek yükləyə bilər).   Addım 2 Tələbə gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməklə məlumatlar daxil edilməlidir. Ödəniş icra edilə bilər.   Addım 3 Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşır Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirərək, FİN və ya ATİSdə formalaşan invoys (Ödəniş edilməlidir statusu təyin edildiyi zaman şəxsi kabinetdə invoys əks edilir) təqdim edərək ödəniş edir.
Qeydiyyat nə zaman bitir?
Qeydiyyat 15 iyul 2022-ci il saat 12.00-da (günorta vaxtı) başlayıb, 25 iyul 2022-ci il saat 12.00-da (günorta vaxtı) bitəcəkdir.
Məndən hansı sənədlər tələb olunacaq?
Ali təhsil haqqında sənədin əsli və onun əlavəsi: Məcburi sənəddir. Tələbə diplomu əldə etməyibsə, mütləq təhsil aldığı müəssisədən arayış alaraq portal.edu.az -a daxil etməlidir.   Bakalavr pilləsini bitirməsi haqda arayış: Məcburi sənəddir. 1-ci sənədin əvəzinə verilir. Bitirdiyi ali məktəbin dekanlığından əldə olunur.   Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli: Məcburi sənəd deyildir. Müvafiq müəssisə tərəfindən tələb olunarsa digər sənəd kimi əlavə edilə bilər.   Ağ fonda 3x4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Müvafiq müəssisə tərəfindən tələb olunarsa digər sənəd kimi əlavə edilə bilər.   Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəd deyildir. Lakin, hər hansısa müəssisə tərəfindən bu sənədlə bağlı tələb olarsa, yalnız o zaman həmin müəssisəyə göndərilə bilər.   Əlavə sənəd: Sənəd əlavə etmək məcburi deyildir, lakin əlavə olaraq göndərmək istədiyiniz (diplom, sağlamlıq haqqında arayış və s.) sənədləriniz varsa, əlavə edə bilərsiniz.   İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd: Məcburi sənəd deyildir. Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir.   İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir.
Qeydiyyat barədə nə üçün məlumatlar ictimaiyyətə bildirilmir?
Qeydiyyat üzrə bütün məlumatlar Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunur. Saytı mütəmadi izləməyiniz xahiş olunur.
Abituriyentlərin təhsil müəssisəsi üzrə elektron qeydiyyat prosesi ilə bağlı sualım var.
Qeydiyyat nə zaman bitir?
Qeydiyyat 19.09.2021-ci il tarixində saat 23.59-da bitəcəkdir.
İki təhsil müəssisəsindən birini seçib müraciəti göndərdikdən sonra fikrimi dəyişərəmsə nə edə bilərəm?
Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə müraciət göndərmək imkanınız yaranacaqdır.
İki təhsil müəssisəsindən qəbul almışam, seçimi necə davam etdirməliyəm?
Qəbul xətti seçimi mərhələsinə gəldikdə, sistem tərəfindən sizə xəbərdarlıq ediləcək ki, siz iki təhsil müəssisəsinə qəbul olmusunuz, lakin yalnız bir təhsil müəssisəsi seçmək imkanınız var və seçim etdikdən sonra yenidən seçim imkanınız olmayacaq. Yalnız ilk müraciət etdiyiniz müəssisə imtina statusu (Qəbul edilməsi və ya Vətəndaş imtina etdi) təyin etdikdən sonra digər qəbul olduğunuz müəssisəyə yeni müraciət göndərmək imkanınız yaranacaqdır.
Qeydiyyatdan keçmədən ödəniş edə bilərəm?
Qeydiyyatdan keçmədən ödəniş etməməyiniz xahiş olunur.
Ödəniş qəbzi əlavə edirəm, amma status Ödəniş edilməlidir olaraq qalır. Müəssisə sənədlərimi qəbul edəcək?
Ödəniş qəbzi əlavə etdikdən sonra status dəyişmir. Siz çeki əlavə etdikdə, əlavə etdiyiniz ödəniş qəbzi müəssisəyə yönləndirilir və müəssisə yoxladıqdan sonra sistem vasitəsilə statusu dəyişəcəkdir. Gözləməyiniz xahiş olunur.
Təhsil haqqımı hansı formada ödəməliyəm?
Təhsil haqqınızı portal.edu.az, gpp.az və ya bank vasitəsi ilə ödəyə bilərsiniz. Bunun üçün ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməli, “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsi ilə qəbul olduğunuz təhsil müəssisənizə müraciət etməlisiniz. Müraciətiniz göndərildikdən sonra təhsil müəssisəsi tərəfindən sənədləriniz yoxlanılacaq və müvafiq olaraq onlara Ödəniş edilməlidir statusu təyin ediləcək. Ödəniş edilməlidir statusu təyin edildikdən sonra ödənişi qeyd olunan vasitələrlə ödəyə bilərsiniz. Ödəniş etmək üçün detallı izahlar: Addım 1: Tələbə şəxsi kabinetilə ödəniş edə bilər. Addım 2: Tələbə “gpp.az” saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməlidir. Daha sonra ödəniş icra edilə bilər. Addım 3: Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşaraq Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirir, FİN və ya ATİS-də formalaşan invoysu təqdim edərək ödəniş edir. 
Valideynim vəfat etdiyinə və ya məlum olmadığına görə FİN-ni bilmədikdə, FİN daxil etməyə bilərəm?
Valideyni məlum olmayan, valideyni vəfat etmiş və ya itkin düşmüş şəxslər valideyn FİN-ni daxil etmədən növbəti addıma keçə bilərlər. Amma həmin şəxslərin valideynlərinin FİN-ni tapıb daxil etmələri onların təhsil haqqı güzəştindən istifadə edilməsi üçün çevik qərarın verilməsində böyük əhəmiyyətə malikdir.
Valideyn məlumatlarını daxil etmək üçün xanalar görünmədikdə, valideyn məlumatlarımı necə daxil etməliyəm?
Valideyn məlumatları yalnız aşağıdakı şəxslər üçün görünür: 1. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirən şəxslər; 2. Dövlət sifarişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş və Güzəştli qəbul addımında müəyyən olunmuş təqaüdün 2 mislindən az olmayan məbləğdə təqaüd istədiyini bildirən 23 yaşı tamam olmamış şəxslər. Ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olmuş şəxs Güzəştli qəbul addımında təhsil haqqı güzəştindən istifadə etmək istədiyini bildirsə də, aşağıdakı sosial kateqoriyalar seçildikdə valideyn məlumatlarının daxil edilməsi üçün addım və xanalar görünmür. 1. I və II dərəcə əlilliyi olan şəxslər; 2. Sağlamlıq imkanları məhdud 18 yaşınadək olan şəxs; 3. Məcburi köçkün statusu olan şəxs. Qeyd: Valideyni III qrup əlil olan şəxslərin uşaqları “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqı güzəştindən yararlana bilməzlər.
Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə “Güzəştli qəbul edildi” statusu təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir. Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisəsinin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq, təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.
Təhsil haqqından azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem vasitəsilə edə bilərəm?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa, şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza “Güzəştli qəbul” addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz. 23 yaşı tamam olmuş ödənişli tələbələr üçün “Valideyn himayəsindən məhrum olmuş uşaq və onlar arasından olan şəxslər” seçimi görünmür və onlar bu güzəştdən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq istifadə edə bilmirlər.
Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?
Müraciətinizə münasibəti şəxsi kabinetinizdə “Ali və Orta İxtisas Təhsili Müəssisələrinə Təhsilalan Qeydiyyatı” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində Statusların tarixçəsi bölməsindən öyrənə bilərsiniz. Statuslar dərhal yenilənməyə bilər, çünki müraciət etdiyiniz təhsil müəssisənin müraciəti araşdırması və yoxlaması müəyyən vaxt tələb edir. Həmçinin, qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətlərin izlənməsinə nəzarət Təhsil Nazirliyi tərəfindən də, həyata keçirilir.
Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır, nə etməliyəm?
“Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsini sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkan yaranır.
Sənədlərin hansı xanalara əlavə edilməsi mütləqdir?
“Müraciət et” və ya “Yadda saxla” düymələrini sıxdığınız zaman qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Hansı sənədləri əlavə etməliyəm?
Attestatın surəti: Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir. Bu sənəd mütləq yüklənməlidir. Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. Ağ fonda 3x4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsa “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. Sağlamlıq haqqında arayışın surəti: Məcburi sənəd deyildir. Müəssisə tərəfindən tələb olunarsab “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına əlavə edilə bilər. “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanası: Adından göründüyü kimi bu xanaya müəssisənin tələb etdiyi sənədlər yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsinə sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkanı yaranır.
Sənədlərimi hansı formatda əlavə edim?
Eyni sənədin bir neçə səhifəsi varsa, onu skan edərkən, 1 PDF faylda birləşdirərək əlavə etməlisiniz.
Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə etməliyəm?
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur. Bunu 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə bildirməyiniz xahiş olunur.
Şəxsi məlumatlarımı necə daxil etməliyəm?
Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur. Yəni, hər hansı məlumatı daxil etməyinizə ehtiyac yoxdur. FİN-i olmayan əcnəbilər müvafiq sənədi seçməklə təqdim olunan mövcud xanaları əl ilə doldurulmalıdırlar.
Bakalavriat pilləsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi bakalavriat pilləsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur. Amma müraciətinizi qəbul olduğunuz müəssisəyə göndərməmisinizsə, mütləq “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə, müraciətinizi qəbul olduğunuz təhsil müəssisəsinə göndərməlisiniz.
Bakalavr səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər 7 sentyabr tarixindən etibarən ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.
Şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı sualım var.
Şagirdlərin yerdəyişməsi hansı formada həyata keçirilir?
Şagirdlərin yerdəyişməsi proqram təminatı vasitəsilə elektron formada həyata keçirilir.
Proses hansı portal vasitəsilə aparılır?
Proses sy.edu.az portalı vasitəsilə aparılır.
Şagirdlərin elektron yerdəyişməsi portalında valideyn (qanuni nümayəndə) qeydiyyatdan keçmək üçün nə etməlidir?
Valideyn (qanuni nümayəndə) sy.edu.az portalına daxil olub, “qeydiyyat” bölməsini seçib ilk öncə özünü qeydiyyatdan keçirir. Bunun üçün şəxsiyyət vəsiqəsinin FİN kodunu yazıb, “robot deyiləm” düyməsini işarələyib “yoxla” düyməsini vurur. Məlumatların düzgünlüyünü yoxlayıb “təsdiq” düyməsini vurur. Daha sonra əlaqə nömrəsini daxil edir və təsdiqləyir, nömrəyə göndərilən 4 rəqəmli şifrəni ekranda göstərilən müvafiq sahəyə daxil edib təsdiqlədikdən sonra irəli düyməsini sıxır. Bu mərhələdə valideyn tərəfindən kabinetə şifrə təyin edilməsi tələb olunur. Valideyn şifrəni daxil etdikdən sonra kabinet yaradılmış olur. Açılan səhifədə “şagird əlavə et” bölməsinə daxil olub övladının FİN kodunu və yaxud ÜTİS kodunu yazıb, şagirdin oxuduğu rayonu və məktəbi seçib “yoxla” düyməsini vurur. Tapılan məlumatların düzgünlüyünü yoxladıqdan sonra “yadda saxla” vurub şagirdi kabinetə əlavə edir.
X-XI sinif şagirdlərinin yerdəyişməsi necə həyata keçirilir?
X-XI sinif şagirdlərinin yerdəyişməsi üçün sorğu yerləşdirildikdə valideyndən “fayl” bölməsinə ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd yüklənilməsi tələb olunur.
Şagird xarici ölkədən gəldiyi halda onun Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinə yerdəyişməsi necə həyata keçirilir?
Şagirdə şərti ÜTİS kodu alındıqdan sonra sy.edu.az portalında qeydiyyatdan keçirilməklə yerdəyişməsi həyata keçirilir.
Şərti UTİS kodu hardan alına bilər?
Bütün ümumi təhsil müəssisələri tərəfindən şərti UTİS kodu verilə bilir.
Hansı halda məktəb tərəfindən yerdəyişmə sorğusuna imtina verilə bilər?
Tədris olunan xarici dillər uyğun olmadığı halda məktəb tərəfindən sorğuya imtina verilə bilər. Əgər şagird ailəsi ilə birlikdə yaşayış yerini dəyişirsə və yeni köçdükləri ərazidə onun əvvəl oxuduğu məktəbdə tədris olunan xarici dil tədris olunan məktəb yoxdursa bu halda istisna hal kimi şagirdin yerdəyişməsinə razılıq verilə bilər.
Özəl təhsil müəssisələrinə yerdəyişmə hansı formada aparılır?
Eyni formada, Sy.edu.az portalı vasitəsilə. Valideyn sorğu vermək istədiyi məktəbi seçərkən səhifənin yuxarı hissəsində qeyd olunan “Özəl və ya digər qurumlara tabe məktəblər” bölməsini öncədən işarələməlidir.
Yerdəyişmə etmək istədiyi məktəbin müvafiq sinfi üzrə boş yer olmadığı halda valideyn (qanuni nümayəndə) nə etməlidir?
Valideyn bu halda “növbəyə yazıl” bölməsinə daxil olub növbəyə yazıla bilər.
Bir şagird neçə sinifə növbəyə yazıla bilər?
Məktəbin bir və ya bir neçə sinfinə eyni anda növbəyə yazıla bilər.
Valideynin sorğusuna hansı müddət ərzində ümumi təhsil müəssisəsi tərəfindən təsdiq və ya imtina vurula bilər?
Valideynin sorğusuna hər mərhələ üzrə 3 iş günü ərzində təsdiq və ya imtina vurulmalıdır.
Lisey və gimnaziyalara yerdəyişmə hansı formada aparılır?
Lisey və gimnaziyalara yerdəyişmə mərkəzi və ya məktəblərin xüsusi imtahanları əsasında ildə bir dəfə olmaqla sy.edu.az portalında qeydiyyatdan keçməklə təşkil olunur.
Məktəb tərəfindən sorğu təsdiq edildikdən sonra valideyn nə etməlidir?
Valideyn şəxsi kabinetin “Sorğularım” bölməsində aktivləşən elektron ərizəni 2 nüsxədə(bir nüsxə şagirdin çıxdığı məktəbə, digər nüsxə şagirdin yerdəyişmə etmək istədiyi məktəbə təqdim olunur) çap edərək imzalayıb şagirdin təhsil aldığı məktəbə yaxınlaşır. Məktəb direktoru tərəfindən elektron ərizə əsasında şagirdin məktəbdən çıxması əmrləşdirilir və elektron portalda qeyd olunur. Valideyn elektron ərizə və şəxsi işlə birlikdə 5 iş günü ərzində şagirdin yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşmalı və yerdəyişmə prosesini yekunlaşdırmalıdır.
Övladım üçün məktəbə sorğu yerləşdirən zaman uyğun sinif və bölmədə yer olmadığından növbəyə yazılmışam. Növbəm nə zaman çatacaq?
Hörmətli valideyn, həmin növbənin sorğuya çevrilməsi üçün şagirdin növbəyə yazıldığı siniflərdən birindən şagird çıxarsa, (onun növbədəki sırasına əsasən 1,2 və ya 3 nəfər) Sizin qeydiyyatdan keçdiyiniz mobil nömrəyə sms bildirişi göndəriləcək.
Biz xarici ölkədən Bakı şəhərinə köçmüşük. Övladım üçün sorğu yerləşdirmək mümkün olmur. Övladımı şəxsiyyət vəsiqəsinin fin kodu ilə qeydiyyatdan keçirən zaman “Şagird UTİS məlumat bazasında tapılmır” bildirişi çıxır. Bu problemi necə həll edə bilərəm?
Xarici ölkələrdə təhsil alan şagirdlər UTİS məlumat bazasında heç bir məktəbin siyahısında olmadığı üçün onları sy.edu.az saytında qeydiyyatdan keçirən zaman məlumatları tapılmır. Problemi həll etmək üçün valideyn ümumtəhsil müəssisələrindən birinə yaxınlaşaraq övladına şərti UTİS kodunun alınması üçün müraciət edə bilər.Həmin şərti UTİS kodu ilə valideyn öz şəxsi səhifəsində övladını qeydiyyatdan keçirə biləcəkdir.
Biz xarici ölkədən Bakı şəhərinə köçmüşük. Övladım üçün sy.edu.az saytında sorğu yerləşdirən zaman fayl yüklənməsi tələb olunur. Burada hansı sənədlər yüklənməlidir?
Əvvəlki dövrdə xarici ölkədə təhsil alan şagirdlər ümumtəhsil müəssisələrinə sorğu yerləşdirən zaman həmin ölkədə təhsil aldığını təsdiq edən müvafiq sənədləri, qiymət cədvəlini faylı yüklə xanasından yükləməlidir.
Övladım üçün X nömrəli məktəbə sorğu yerləşdirmişəm və sorğunun hər 3 mərhələsi təsdiqlənib. Lakin hal-hazırda fikrimizi dəyişdiyimizdən övladımın əvvəlki məktəbində qalmasını istəyirəm. Bu halda nə edilməlidir?
Belə olan halda şagird artıq yeni məktəbin şagird siyahısına inteqrasiya olunduğundan əvvəlki məktəbinə qayıtmaq üçün yenidən həmin məktəbə sorğu yerləşdirməlidir. Yerləşdirilən sorğu tam 3 mərhələdə təsdiqlənib icra olunmalıdır.
Övladım üçün X nömrəli məktəbə sorğu yerləşdirmişəm sorğunun ilkin mərhələsi getdiyi məktəb tərəfindən təsdiqlənib. Lakin biz fikrimizi dəyişdiyimizdən övladımın əvvəlki məktəbdə qalmasını istəyirik. Bu halda nə edilməlidir?
Belə olan halda ilkin mərhələ hələ sorğunun tam icra olunması hesab olunmur. Bu zaman valideyn özü şəxsi səhifəsindən Sorğularım bölməsindən həmin sorğunu silə bilər.
Mən övladım üçün X nömrəli məktəbə sorğu yerləşdirmişəm. Mənə sorğumun məktəb tərəfindən təsdiq edilməsi haqqında sms bildirişi gəlib. Artıq övladım həmin məktəbə qəbul olunmuş hesab edilir?
Xeyr. Sizin övladınızın sorğusunun yalnız birinci mərhələsi tamamlanıb. Siz şəxsi səhifənizdən Sorğularım bölməsindən Ərizəni çap edib şagirdin əvvəlki məktəbinə təqdim edərək şəxsi işini götürməlisiniz. Bu zaman şagirdin çıxdığı məktəb sənədlərin verilməsi mərhələsini təsdiqləyəcək. Daha sonra şagirdin şəxsi işini qəbul olunduğu məktəbə təqdim edəcəsiniz. Bu zaman həmin məktəbin sənədlərin qəbulu mərhələsini təsdiq etməsi ilə proses yekunlaşacaq.
Valideyn şəxsi kabinetin şifrəsini və əvvəl qeydiyyatdan keçdiyi nömrəni itirdiyi zaman nə etməlidir?
Valideyn portala daxil olub, “şifrəni unutdum” düyməsinə vurub FİN kodunu yazır, növbəti addımda qeydiyyatdan keçərkən istifadə etdiyi əlaqə nömrəsini müvafiq sahəyə daxil edib “göndər” düyməsini vurur. Sistem tərəfindən avtomatik təyin olunmuş yeni şifrə əlaqə nömrəsinə göndərilir. Əgər əvvəl qeydiyyatdan keçdiyi nömrə artıq aktiv deyilsə, valideyn şəxsiyyətini təsdiq edən sənədlə birlikdə nömrənin dəyişilməsi ilə bağlı Təhsil Nazirliyinin və ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə, eyni zamanda Təhsil Nazirliyinin whatsapp xidmətinə müraciət etməlidir. Əgər valideyn əvvəl qeydiyyatdan keçdiyi aktiv nömrəni dəyişmək istəyirsə, bu zaman https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək şəxsi kabinet vasitəsilə Təhsil Nazirliyinə elektron qaydada müraciət etməsi və ya birbaşa yerli rayon(şəhər) təhsil şöbəsinə yaxınlaşması tövsiyə olunur.
Təhsil tələbə krediti ilə bağlı sualım var.
TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində kim çıxış edir?
TTK-nin sığortalanması zamanı faydalanan şəxs qismində müvəkkil bank müəyyən edilir.
Sığorta müqaviləsi üzrə sığorta haqqı necə ödənilir?
Sığorta haqqı kredit müqaviləsinə uyğun hesablanır və kreditin məbləğinə əlavə olunaraq sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada ödənilir.
Sığorta müqaviləsi nə zaman bağlanır?
TTK-nin sığortalanması kredit müqaviləsi rəsmiləşdirilən zaman həyata keçirilir.
Hansı hallarda TTK sığortalanır?
Ölüm və əmək qabiliyyətinin tam və ya qismən itirilməsi (əlillik) hallarında TTK sığortalanır.
Ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişlər necə tutulacaqdır?
Ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan borcalanın TTK üzrə ödənişləri məhkəmə qaydasında tutulur.
Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər necə tutulacaqdır?
Əmək müqaviləsi ilə işləyən və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan, lakin ödəniş cədvəlinə uyğun TTK-ni qaytarmayan şəxslərdən TTK üzrə ödənişlər əməkhaqqından və ya gəlirlərdən bu Qaydanın 7.12-ci və 7.14-cü bəndləri ilə müəyyən edilmiş qaydada tutulur.
Tələbə TTK-nı şəxsən özü qaytarmalıdır?
TTK borcalanın özü və ya onun əvəzinə hər hansı bir şəxs (valideyni, qohumu, işəgötürəni və s.) tərəfindən qaytarıla bilər.
Tələbə TTK ödəniş qrafikindən əvvəl qaytara bilər?
TTK vaxtından əvvəl qaytarıla bilər.
Tələbə TTK üçün müraciətin statusu və TTK-nın verilməsi ilə bağlı prosesləri izləmək imkanına malikdir?
Tələbə müraciətin statusu və kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə SMS alır və portalda müraciətin izlənməsi bölməsində statuslarla ətraflı tanış ola bilir.
Müvəkkil bank tərəfindən TTK rəsmiləşdirilməsi hansı qaydada həyata keçirilir?
TTK rəsmiləşdirilməsi elektron qaydada həyata keçirilir. Kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra birdəfəlik şifrəni (OTP) daxil edir və bu zaman müvəkkil bankın üz tanıma sistemi işə düşür və müştəri eyniləşdirilir. Tələbə sistemdə müvafiq məlumatları təsdiq etdikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir.
Tələbələr TTK ilə bağlı imtina aldıqda nə etməlidirlər?
Tələbələr imtina səbəbini aradan qaldırdıqdan sonra müraciət müddəti ərzində sistemə yenidən müraciət edə bilər.
Tələbələr e-ttkf.edu.az portalına necə daxil ola bilərlər?
Portala giriş ASAN Login sistemi vasitəsilədir və sistemə giriş üçün 3 üsul mövcuddur: “İdentifikasiya nömrəsi”, “Asan İmza” və “Elektron İmza”.
Tələbələr TTK almaq üçün necə müraciət etməlidirlər?
Tələbə notariat qaydada kredit müqaviləsinin bağlanması ilə bağlı bir sıra razılıqları təsdiq edir. Tələbənin yaşı 18-dən kiçik olduqda valideynləri və ya himayəçisi ilə, 18-dən böyük olduqda isə özü notariat ofislərinə yaxınlaşıb razılıqlarını ərizəsi ilə təsdiq etməlidirlər. Bu ərizə TTK üçün müraciətə icazə verir. Razılıq ərizəsində həmçinin TTK aldıqdan və bu vəsaiti tələb olunan məbləğdə geri qaytaranadək Fond və müvəkkil bank tərəfindən tələbənin fərdi məlumatları, əmlakları, gəlir və xərcləri barədə aidiyyəti qurumlarının informasiya sistemlərindən və ehtiyatlarından sorğu edərək məlumatın əldə edilməsinə dair razılıq öz əksini tapır. Daha sonra tələbə kredit almaq üçün e-ttkf.edu.az portalına daxil olub müraciətini göndərir, təhsil müəssisəsi müraciəti təsdiqlədikdən sonra sistem tələbənin kredit almaq hüququnu müəyyən edir.
Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq güzəştlər tətbiq olunur?
Kreditə görə faizlərin hesablanmasında və kreditin qaytarılmasında təhsilin nəticələrindən asılı olaraq tətbiq edilən güzəştlər tələbənin təhsil göstəricilərindən asılıdır. Belə ki, sosial TTK üzrə aşağıdakı güzəştlər tətbiq olunur: • ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır; • təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur. Standart TTK üzrə aşağıdakı güzəştlər tətbiq edilir: • ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır; • təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.
Hansı hallarda möhlət müddəti ləğv edilir?
Möhlət müddətində tələbənin əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı aşkarlanarsa, möhlət müddəti bu fəaliyyətə başlama tarixindən ləğv edilir.
Kreditin qaytarılması dövründə möhlət verilə bilər?
TTK-nin qaytarılması dövründə aşağıdakı hallar baş verərsə, TTK-nin qaytarılmasına möhlət verilir və kredit müqaviləsinin müddəti həmin müddət qədər uzadılır: • yuxarı təhsil səviyyəsində əyani təhsil; • həqiqi hərbi xidmət; • məhkumluq (4 ildən çox olmayaraq azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması); • işləyən borcalana münasibətdə hamiləliyə və doğuma görə və uşağının üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət; • sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq müddəti.
Məzunun güzəşt dövrü bitməmiş əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, TTK üzrə öhdəliklər aktivləşir?
Məzunun güzəşt dövrü bitməmiş əmək və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilərsə, onun kreditlərinin qaytarılması öhdəliyi bu fəaliyyətin başlandığı tarixdən yaranır.
Güzəşt dövründə alınmış TTK-ya görə faizlər hesablanır?
Güzəşt dövründə alınmış TTK-ya görə faizlər hesablanmır.
Tələbə TTK-nı məzun olduqdan dərhal sonra qaytarmalıdır?
TTK-nın qaytarılması üçün tələbəyə məzun olduqdan sonra əmək fəaliyyəti ilə məşul olmaq və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2 il vaxt verilir. Bu dövr güzəşt dövrü adlanır və həmin dövrdə məzundan TTK-nin qaytarılması tələb olunmur.
Təhsil müddətində verilən TTK-ya görə faizlər hesablanır?
Təhsil müddətində verilən TTK-ya görə faizlər hesablanmır.
TTK hansı faizlərlə verilir?
TTK aşağı faizlərlə verilir, sosial TTK illik 2 faiz, standart TTK isə illik 6 faizlə verilir.
TTK verilən zaman girov və zəmanət tələb olunur?
TTK verilən zaman girov və zəmanət tələb olunmur.
TTK hansı müddətə verilir?
TTK uzun müddətə verilir. Bu müddət tələbənin təhsil aldığı təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır. Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə münasibətdə bu müddət 14-22 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsili pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər.
Tələbə semestr üçün hansı məbləğdə TTK ala biləcək?
Semestr (yarımil) üçün kredtin məbləği hər tədris ili üçün ayrı-ayrı təhsil səviyyələri, ayrı-ayrı təhsil müəssisələri və ayrı-ayrı ixtisaslar üzrə tələbə qəbuluna dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsil haqqının yarısı miqdarında müəyyən edilir. Məsələn, sosial TTK üzrə illik təhsil haqqı 2000 manatdırsa, semestr üçün TTK 1000 manat olacaqdır. Standart TTK üzrə isə bu məbləğ birinci semestr 600 manat (2000/2-2000*20%), ikinci semestr isə 1000 manat olacaqdır. Sosial TTK almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı tam məbləğdə və standart TTK almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı məbləğinin isə illik təhsil haqqının 20 faizindən çox olan hissəsi TTK verilən zaman nəzərə alınmayacaqdır və bu vəsait təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarılmalıdır.
TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin qeydiyyata alındığı tarixdən sonra dəyişməsi (məsələn müraciət qeydiyyata alındıqdan sonra tələbənin valideyni işsiz statusunu itirmişdir) həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirir?
TTK almaq hüququnu müəyyənləşdirən halların müraciətin təhsil müəssisəsi tərəfindən təsdiqləndiyi tarixdən sonra dəyişməsi həmin semestr üçün verilmiş kredit şərtlərini dəyişdirmir.
Təhsil haqqı ödənişi üzrə imtiyazları (məcburi köçkün, şəhid ailəsi, əlil və s.) olan tələbələrə TTK verilə bilər?
Dövlət imtiyazları (məcburi köçkün, şəhid ailəsi, əlil və s.) olan tələbələrin təhsil haqqı xərcləri dövlət hesabına ödənildiyindən onların TTK almaq hüquqları yoxdur.
Normativ təhsil müddətindən artıq təhsil alan tələbələr TTK ala bilərlər?
Normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə TTK verilmir.
Akademik borcu olan tələbələr TTK ala bilərlər?
Akademik borcu olan tələbələrə TTK verilmir.
Hansı tələbələr standart TTK-dən istifadə etmək hüququna malikdirlər?
Sosial TTK almaq hüququ olmayan, eləcə də aşağıdakı şərtləri təmin edən tələbələr bu hüquqdan istifadə edə biləcəklər: 1. Birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər. 2. Digər semestrlər (yarımillər) üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar) və illik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
Hansı tələbələr sosial TTK-dən istifadə etmək hüququna malikdirlər?
Aşağıdakı tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən (yarımildən) sosial TTK-dən istifadə etmək hüququna malikdirlər: 1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 2. 3-cü dərəcə əlilliyi olanlar; 3. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olanlar: 1-ci və ya 2-ci dərəcə əlilliyi olanlar; işsiz kimi qeydiyyatda olanlar; yaşa görə əmək pensiyası alanlar; yaşa görə sosial müavinət alanlar.
TTK-nin hansı növləri vardır?
1. Sosial 2. Standart.
Xarici ölkənin təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələr TTK ala biləcəklər?
TTK yalnız ölkəmizdə qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərən təhsil müəssisələrində təhsil alan Azərbaycan Respublikası vətəndaşı olan tələbələrə verilə bilər.
Hansı təhsil müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi üçün müraciət edə bilərlər?
Mülkiyyət formasından asılı olmayaraq, istər dövlət, istərsə də özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri təhsil haqqı xərclərinin ödənilməsi məqsədi ilə TTK üçün müraciət edə bilərlər.
Ölkəmizdə təhsil alan əcnəbilər (xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər) TTK ala biləcəklər?
TTK-ni yalnız Azərbaycan Respublikası vətəndaşı olan tələbələr ala biləcəklər.
Təhsilin hansı pillə və səviyyələrində təhsil alan tələbələrə TTK-nın verilməsi nəzərdə tutulmuşdur?
Ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan ödənişli tələbələr TTK almaq hüququna malikdirlər.
Təhsil Tələbə Kreditinın (TTK) verilməsinin hüquqi əsası nədir?
1. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı; 2. “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226№-li Qərarı.
Respublika Fənn Olimpiadalarına dair sualım var.
Müraciət zamanı nələrə diqqət etməliyəm?
Müraciət zamanı daxil edilən təhsil və müsabiqə məlumatlarının düzgün doldurulmasına diqqət edilməlidir. Müraciətinizi təsdiqlədikdən sonra məlumatları dəyişdirmək mümkün olmayacaqdır.
İmtahanda iştirak üçün buraxılış vərəqəsini necə əldə edə bilərəm?
Müraciətini tamamlamış bütün müraciətçilər qeydiyyat müddəti bitdikdən sonra öz şəxsi kabinetlərindən “buraxılış vərəqəsi”-ni çap edə biləcəklər.
Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?
Müraciətinizin statusunu şəxsi kabinetinizdə “Olimpiadalar və Müsabiqələr” xidmətinə daxil olaraq, “Ümumi məlumatlar” səhifəsində “Statusların tarixçəsi” bölməsindən öyrənə bilərsiniz. Qeydiyyatını tamamlayaraq təsdiq etmiş bütün müraciətçilər “status” vasitəsilə prosesin gedişini izləyə bilərlər.
Şəxsi məlumatlarımdakı elektron poçt və ya mobil nömrə mənə aid deyil, nə etməliyəm?
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və ya elektron poçt şəxsi məlumatlarınızda əks olunur. Bu halda 146 xidməti vasitəsilə Təhsil Nazirliyinə müraciət etməyiniz xahiş olunur.
Şəxsi məlumatlarım barədə nələrə diqqət etməliyəm?
Qeydiyyat zamanı daxil edilən FİN, mobil nömrə, mail və digər məlumatların müraciətçinin özünə aid olmasına diqqət edilməlidir.
Şəxsi məlumatlarımı necə daxil etməliyəm?
Şəxsi məlumatlarınız şəxsiyyət vəsiqənizin FİN-i vasitəsilə avtomatik əks olunur.
Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş üçün istifadə etdiyiniz şifrəni unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsini sıxaraq açılan pəncərədə ilk öncə elektron poçt ünvanınızı daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənizin son 4 rəqəmini daxil edin. Nömrəyə gələn təsdiq kodunu yazdıqdan sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyatdan keçməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyatdan keçməyinizə ehtiyac yoxdur.
Respublika Fənn Olimpiadalarına necə qeydiyyatdan keçməliyəm?
Respublika Fənn Olimpiadalarına müraciət etmək istəyən şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb, “Olimpiadalar və Müsabiqələr” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlisiniz.
RFO-da rayon (şəhər) mərhələsində növbəti tura keçid faizi nə qədərdir?
Olimpiadanın təşkili və keçirilməsi qaydalarına əsasən rayon (şəhər) mərhələsində 60% və daha yuxarı nəticə göstərmiş şagirdlər respublika mərhələsində iştirak etmək hüququ qazanır. Respublika Təşkilat Komitəsi və münsiflər heyətinin qərarı ilə keçid faizi şagirdlərin lehinə aşağı salına bilər.
RFO tapşırıqları hansı mövzuları əhatə edir?
Respublika Fənn Olimpiadalarının proqramı məktəb proqramı ilə məhdudlaşmır. Olimpiadalarla əlaqədar müvafiq proqram tədris ilinin əvvəlində yerli təhsili idarəetmə orqanları vasitəsilə məktəblərə göndərilmiş, eləcə də www.olimpiada.edu.az saytında yerləşdirilmişdir.
RFO-da tapşırıqlar kim tərəfindən hazırlanır?
Respublika Fənn Olimpiadalarında şagirdlərə təqdim edilən tapşırıqlar Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti tərəfindən hazırlanır.
RFO-da neçənci sinif şagirdləri iştirak edə bilərlər?
Respublika Fənn Olimpiadalarında IX, X və XI sinif şagirdləri, eyni zamanda xüsusi istedada və hazırlığa malik olan VIII sinif şagirdləri iştirak edirlər.
Qeydiyyat hansı mərhələlərdən ibarətdir?
Qeydiyyat 3 mərhələdən ibarətdir: 1. Şagirdlərdən sorğuların qəbul edilməsi: 10-20 dekabr 2. Yerləşdirmə: 25-30 dekabr 3. Buraxılış vərəqələrinin çapı: 5-10 yanvar
RFO-da necə iştirak edilə bilər?
9-11-ci sinif şagirdləri portal.edu.az saytından qeydiyyatdan keçərək Respublika Fənn Olimpiadalarında iştirak edə bilər. Xüsusi istedadlı 8-ci sinif şagirdləri isə məktəb psixoloqu və direktorun təqdimatı əsasında əvvəlki illərdəki respublika səviyyəli nailiyyətlərini təsdiq edən sənədlərlə birlikdə ARTİ-yə müraciət edərək iştirak edə bilərlər.
RFO hansı fənlər üzrə keçirilir?
Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri olmaqla 8 müxtəlif fənn üzrə keçirilir.
RFO hansı turlardan və mərhələlərdən ibarətdir?
Respublika Fənn Olimpiadaları rayon (şəhər) mərhələsi və Respublika mərhələsi olmaqla iki mərhələdən, respublika mərhələsi isə yarımfinal və final turları olmaqla iki turdan ibarətdir.
Respublika Fənn Olimpiadaları (RFO) nədir?
Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır.
Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı sualım var.
Müsabiqənin əsas turundan sonra keçiriləcək turlarda müddətsiz müqavilə əsasında işə qəbul həyata keçiriləcəkmi?
Xeyr. Müsabiqənin əsas turundan sonra keçirilən turlarda və tədris ili ərzində yaranan yeni vakant yerlərə yalnız müddətli əmək müqaviləsi əsasında işə qəbul həyata keçiriləcək.
Müsabiqə üzrə müddətsiz əmək müqaviləsi əsasında işə qəbul necə həyata keçiriləcək?
Müəllimlərin müddətsiz əmək müqaviləsi əsasında işə qəbulu müsabiqənin yalnız əsas turunda həyata keçiriləcək.
Namizədin şəhid ailəsi üzvü olduğu necə müəyyənləşdiriləcək?
Namizədin şəhid ailəsinin üzvü olması təqdim etdiyi sənədlər və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” əsasında müəyyənləşdiriləcək.
Müsabiqə ərzində şəhid ailələrinin üzvlərinə hər hansı bir güzəşt nəzərdə tutulubmu?
Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində çalışan müəllimlərə hər hansı bir üstünlük veriləcəkmi?
Bəli. Müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Məsələn, həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə 3-5 il ərzində fasiləsiz çalışan və hazırda həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi məktəbdə fəaliyyətini davam etdirən müəllimin imtahan nəticəsi 72 baldırsa, bu nəticə 1,05 artım əmsalına vurularaq 75,6 bal kimi hesablanacaq. Həmin müəllim 5 il və daha artıq müdətdə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisədə işləyirsə, bu halda onun imtahan nəticəsi (72 bal) 1,1 artım əmsalına vurularaq 79,2 bal kimi hesablanacaq.
Cari müsabiqənin test imtahanı mərhələsi üzrə minimum tələb (keçid balı) necə müəyyənləşdiriləcək?
Müsabiqənin test imtahanı mərhələsində namizədlərin imtahan nəticələri əsasında müsabiqə üzrə minimum tələb (keçid balı) müəyyənləşdiriləcək.
Test imtahanı mərhələsində səhv cavablandırılan suallar düzgün cavaba təsir göstərəcəkmi?
Yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə -0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsindən silinəcək.
Yeni qaydalara uyğun olaraq imtahan suallarının sayında hər hansı bir dəyişiklik olubmu?
Xeyr. Əvvəlki illərdə olduğu kimi, cari ildə də test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcəkdir.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərin bilik və bacarıqları necə qiymətləndiriləcək?
Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Müsabiqənin test imtahanı mərhələsində namizədlərə nə qədər vaxt verilib?
Əvvəlki illərdən fərqli olaraq test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 90 dəqiqə deyil, 120 dəqiqə vaxt ayrılacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə hazırda müəllim olaraq fəaliyyət göstərən şəxslər iştirak edə bilərmi?
Son 3 il ərzində müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunaraq hazırda müəllim kimi faəliyyət göstərən şəxslər istisna olmaqla hazırda çalışan digər müəllimlər müsabiqədə iştirak hüququna malikdirlər.
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilər.
Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı sualım var.
Yuxarıda qeyd olunan qayda Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda hazırda müəllim olaraq çalışan şəxslərə də aiddirmi?
Xeyr. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ölkə üzrə istənilən vakant yerə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi necə həyata keçiriləcək?
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə müddətsiz əmək müqaviləsi əsasında müəllimlik fəaliyyətini davam etdirən şəxslər müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ölkə üzrə istənilən vakant yerə yerdəyişmə etmək imkanına malik olacaqlar.
Müsabiqə üzrə artım əmsalı yalnız şəhid ailəsi üzvlərinə tətbiq olunacaq?
Xeyr. Ötənillki qaydalara uyğun olaraq növbəti tədris ili üzrə keçiriləcək müsabiqədə aşağıda qeyd olunan sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanacaq: Əri və ya arvadı hərbçi olan namizədlərin topladıqları bal 1,1 artım əmsalı ilə; İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalı ilə.
Müsabiqə ərzində şəhid ailələrinin üzvlərinə hər hansı bir güzəşt nəzərdə tutulubmu?
Bəli. Dəyişikliklərə əsasən, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailəsi üzvlərinə veriləcək. Əlavə olaraq, əvvəlki illərdə olduğu kimi, cari ildə müsabiqə üzrə şəhid ailəsinin üzvü olan namizədlərin balı 1,1 artım əmsalına vurularaq hesablanacaq.
Ali təhsilin doktorantura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyatla bağlı sualım var.
Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem və sms vasitəsilə məlumat göndərəcəkdir. Şəxsi kabinetinizi davamlı şəkildə izləməyiniz xahiş olunur.
Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır.
Digər sənəd xanasının yanındakı “+” düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz.
Hansı xanalar məcburidir?
Müraciət et düyməsini sıxdıqda qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Sənədlərimi hansı formatda əlavə edim? Tək-tək bir neçə səhifə yüklənmir.
Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz. Vacib sənədlər müraciət et düyməsinə sıxdıqda qırmızı rəng alır.
Qəbul məlumatlarımı necə daxil etməliyəm?
Qəbul olmaq istədiyiniz təhsil pilləsi, təhsil səviyyəsini, müəssisəni, ixtisası, təhsilalma formasını və ödəniş formasını seçməlisiniz. İxtisas şifrəsi avtomatik əks olunur.
Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.
Şəxsi məlumatlarımı necə doldurmalıyam?
Şəxsi məlumatlarınız avtomatik əks olunur. Təsdiq edirsinizsə, növbəti addımına sıxmalısınız.
Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə klikləyin və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyat etməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.
Doktorantura səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin doktorantura səviyyəsinə qəbul olmaq istəyən şəxslər ilk öncə "portal.edu.az" saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.
2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sualım var.
Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.
Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı halda başa çatmış hesab olunur?
Valideyn (qanuni nümayəndə) elektron sorğu yerləşdirdiyi ümumi təhsil müəssisəsinə sənədləri təqdim edir, müəssisə tərəfindən sənədlər yoxlanılır və sənədlərdə uyğunsuzluq və ya səhv olmadığı halda uşağın məktəbə qəbulu başa çatmış hesab olunur.
Hansı halda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər?
İlk növbədə, məsul şəxs mektebeqebul.edu.az elektron sistemində qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər.
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün ümumi təhsil müəssisəsinin seçimi necə həyata keçirilir?
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.
Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?
Sağlamlıq imkanı məhdud uşaqların xüsusi təhsilə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yerli təhsili idarəetmə orqanlarının nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Psixoloji-tibbi-pedaqoji komissiya sağlamlıq imkanları məhdud uşağın cəlb olunacağı xüsusi təhsilin təşkili formasını, tədris olunacaq proqramı və təhsil alacağı təhsil müəssisəsini müəyyənləşdirir. Qanunvericiliyin tələblərinə əsasən sağlamlıq imkanları məhdud uşağın yönləndirildiyi təhsil müəssisəsinin tipinin müəyyənləşdirilməsində valideynlərin və ya uşağın digər qanuni nümayəndələrin iştirak hüququ vardır.
Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbul olunmaları üçün mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra beş iş günü müddətində valideyn (digər qanuni nümayəndə) aşağıdakı sənədləri yaşayış yeri üzrə yerli təhsili idarəetmə orqanına təqdim edir: 1. valideynin (digər qanuni nümayəndənin) himayəsində olan xüsusi təhsilə ehtiyacı olan övladının psixoloji-tibbi-pedaqoji komissiyanın müayinəsindən keçirilməsi üçün razılıq ərizəsi; 2. valideynin (digər qanuni nümayəndənin) şəxsiyyət vəsiqəsinin surəti; 3. uşağın şəxsiyyət vəsiqəsinin surəti; 4. uşağın xəstəliyi ilə bağlı yaşayış yeri üzrə xidmət göstərən poliklinikanın baş həkimi tərəfindən təsdiq edilmiş ətraflı tibbi arayış (forma 27U); 5. yaşayış yerindən arayış. - Psixoloji-tibbi-pedaqoji komissiya müayinə sənədlərini qəbul edərək on gün ərzində uşağın müayinə olunacağı günü təyin edir.
Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az elektron sistemində qeydiyyatdan keçdikdən sonra 01.07.2022-ci il tarixindən yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarına müraciət etməlidir.
Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.
I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri ümumi təhsil müəssisəsinə təqdim etməlidir:  - Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;  - Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;  - xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;  - digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;  - uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);  - 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;  - valideynin (qanuni nümayəndənin) mektebeqebul.edu.az elektron sistemində yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa ümumi təhsil müəssisəsi seçimi edə bilər və ya edə bilməz?
Valideyn şəxsi kabinetində müvafiq ümumi təhsil müəssisəsinə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri təqdim edib, ümumi təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız ümumi təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa ümumi təhsil müəssisəsi seçimi etmək olar.
I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi ümumi təhsil müəssisələrində uşaqların qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?
Bakı şəhərində yerləşən bir sıra ümumi təhsil müəssisələrində birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:  - valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsinin müəyyən edilmiş ərazisində yaşayan;  - valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən;  - bacısı və ya qardaşı həmin ümumi təhsil müəssisəsində təhsil alan.
Müsabiqənin nəticələrinə əsasən, lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?
Uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi məqbul hesab edildiyi halda ümumtəhsil məktəblərinin tədris digər dildə aparılan bölməsini seçib sorğu yerləşdirmək mümkündür. Əks halda valideynə yalnız Azərbaycan bölməsini seçib sorğu yerləşdirmək imkanı verilir.
Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü?
Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin lisey və ya gimnaziyanın müəyyən edilmiş ərazisinə uyğun deyilsə, uşağın bacı və qardaşlarından biri həmin lisey və ya gimnaziyada təhsil almırsa və ya valideynlərdən (qanuni nümayəndə) biri həmin lisey və ya gimnaziyada işləmirsə “Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.
Tədrisi digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?
Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyalarda boş qalan yerlərə yalnız Azərbaycan bölməsi üzrə sorğu yerləşdirə bilər.
Lisey və ya gimnaziyaların tədris rus dilində aparılan siniflərinə müəyyən edilmiş prioritetləri olmayan valideynlərin övladının qəbulu hansı qaydada aparılır?
Şifahi nitq bacarıqlarının yoxlanılması üzrə müsahibədən uğur qazandıqları təqdirdə lisey və gimnaziyalara müsabiqəyə yazılırlar.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə və valideyn məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etdikdə uşağın yenidən müsahibədə iştirakı təmin ediləcəkmi?
Müsahibənin nəticələrindən narazı olan valideynlərin övladları üçün yenidən müsahibə təşkil olunmayacaq. Apelyasiya komissiyası tərəfindən müsahibə zamanı aparılmış videoçəkilişə baxılaraq müvafiq qərar qəbul ediləcək.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə valideyn (qanuni nümayəndə) 20 may tarixindən 04 iyun tarixinədək ərizə ilə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilər. Müraciətlər ümumiləşdirilərək Təhsil Nazirliyində məsələ ilə bağlı yaradılmış komissiya tərəfindən baxılaraq müvafiq qərar qəbul ediləcək.
Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistem tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?
Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək məktəbə təqdim etməlidir (ərizələrin məktəbə təqdim edilməsi tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir).
Elektron sistemdə müsahibəyə yazılma mərhələsi hansı tarixdə yekunlaşacaqdır?
Elektron sistemdə tədris digər dillərdə aparılan bölmə üzrə müsahibəyə yazılma mərhələsi 30 may 2022-ci il tarixdə saat 18:00-da bitir.
Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün Azərbaycan bölməsi üzrə müraciət etmək imkanı yaradılacaq?
Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqların valideynləri Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisəsi seçimi edərək sorğu yerləşdirə bilərlər.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat valideynə nə zaman və necə bildiriləcək?
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.
Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?
Digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır.
Övladı üçün sistem tərəfindən 1-ci sinfə avtomatik sorğu yerləşdirilmiş valideynə həmin ümumi təhsil müəssisəsini dəyişmək imkanı verilirmi?
Valideyn Şəxsi kabinetində “Sorğunu sil” düyməsini sıxaraq digər ümui təhsil müəssisəsini (rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələri istisna olmaqla) seçə bilər.
Məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların I sinfə qəbulu hansı qaydada həyata keçirilir?
Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqlar üçün həmin bölmə üzrə hazırda təhsil aldığı ümumi təhsil müəssisəsi və müəllim seçilməklə system tərəfindən birinci sinfə avtomatik sorğu yerləşdiriləcək; Tədris digər dillərdə aparılan məktəbəhazırlıq qruplarına cəlb olunmuş uşaqların valideynləri (qanuni nümayəndə) isə may ayının 6-dan etibarən şəxsi kabinetinə daxil olmalı, komissiyanı, müsahibənin keçirilmə tarixi və saatını seçərək övladının müsahibəyə yazılmasını təmin etməlidir. Sonra isə müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün sistem tərəfindən həmin bölmə üzrə birinci sinfə avtomatik sorğu yerləşdiriləcək.
Rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə Azərbaycan və rus bölmələri üzrə (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbləri istisna olmaqla) qeydiyyat necə aparılır?
Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, tədris digər dildə aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları müsahibə əsasında qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn “Prioritet üzrə” bölməsini seçib müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirə bilər. Prioritet üzrə üstünlükləri olmayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə “Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər. Müsabiqələr 18 iyun tarixindən 25 iyun tarixinədək keçiriləcək.
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinə qəbul hansı qaydada həyata keçirilir?
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır.
Tədris digər dillərdə aparılan bölmələr üzrə I siniflərə qəbul hansı qaydada həyata keçirilir?
Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata aparılır.
Hansı ümumi təhsil müəssisələrinin 1-ci sinfinə qəbul müsabiqə yolu ilə aparılır?
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılır. Uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmır. “Ankara məktəbi” məktəb-lisey, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.
Qəbul prosesi hansı tarixdən başlanılır?
Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq:  - 04 may 2022-ci il saat 11:00-da birinci sinfə qəbul elektron xidmətində şagird qeydiyyatının açılması;  - 06 may 2022-ci il saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi və dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunmuş və məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat;  - 06 may 2022-ci il saat 11:00-dan etibarən Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat;  - 30 may 2022-ci il saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibəyə yazılma mərhələsi bitir;  - 10 may tarixindən - 31 may tarixinədək dövlət ümumitəhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin təşkili;  - 20 may tarixindən – 04 iyun tarixinədək dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə baxılması;  - 11 iyun 2022-ci il saat 11:00-da dövlət ümumitəhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün müsahibədən uğurla keçən uşaqların valideynləri tərəfindən məktəb və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi istisna olmaqla) və rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə(siyahı əlavə edilmişdir) qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi;  - 11 iyun 2022-ci il saat 11:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı ( prioritetləri olmayan uşaqlar üçün) müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla);  - 18 iyun 2022-ci il saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə qəbulla bağlı müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq üçün qeydiyyat bitir;  - 18 iyun 2022-ci il saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçimi üçün qeydiyyat bitir. 18 iyun tarixindən 25 iyun tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan(prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;  - 27 iyun tarixindən 14 sentyabr tarixinədək rus bölməsi üzrə 1-ci siniflərinə qəbul müsabiqə yolu ilə aparılan(prioritetlər üzrə üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin başlaması;  - 14 sentyabr 2022-ci il tarixdə birinci sinfə qəbulla bağlı elektron qeydiyyatın başa çatması.
Elektron qəbul hansı rayon və şəhərləri əhatə edir?
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?
Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.
Uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
Ümumi təhsil müəssisələrinin birinci sinfinə şagird qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.
Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı sualım var.
Cari ildə keçiriləcək sertifikatlaşdırma prosesinə kimlər cəlb olunacaq?
Sertifikatlaşdırılma prosesinə birinci mərhələdə ümumi təhsil pilləsinin ilkin səviyyəsi olan ibtidai təhsildən başlanılması və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan müəssisələrdə, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil İdarələrinə tabe olan ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.
Təhsilverən hər hansı bir səbəbdən sertifikatlaşdırmada iştirak edə bilmədikdə nə baş verəcək?
Hər hansı bir səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
Təhsilverən sertifikasiya üçün tələb olunan minimum balı toplamadıqda nə baş verəcək?
Sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.
Sertifikatlaşdırmanın nəticələri hansı məsələlərdə nəzərə alınacaq?
Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin gələcək karyera inkişafında və stimullaşdırılma tədbirlərində nəzərə alınacaq.
Təhsilverən sertifikatlaşdırma prosesindən hansı halda keçmiş sayılır?
Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış, müsahibə mərhələsində isə azı 20 (iyirmi) bal toplamış təhsilverənlər sertifikatlaşdırma prosesindən keçmiş hesab olunur.
Müsahibə mərhələsində ballar necə hesablanır?
Təhsilverənlərin sertifikatlaşdırılması prosesində müsahibə mərhələsi üzrə qiymətləndirmə meyarları Meyarlar Meyar üzrə ballar Meyar üzrə  əmsallar Meyar üzrə maksimal bal Proqram üzrə mövzunu təqdimetmə bacarığı 4 bal 3 misli 12 bal Təhsilalanları qiymətləndirmə bacarığı 4 bal 2 misli 8 bal Özünü təqdimetmə bacarığı 4 bal 2 misli 8 bal Pedaqoji prosesi təşkiletmə bacarığı 4 bal 2 misli 8 bal Ünsiyyət bacarığı 4 bal 1 misli 4 bal                                                                                   Cəmi:   40 bal  
Müsahibə mərhələsində maksimum bal nə qədərdir?
Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında qiymətləndirilməklə maksimum bal 40 (qırx) bal olaraq müəyyənləşdirilmişdir.
Müsahibə mərhələsində minimum keçid balı nə qədərdir?
Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Müsahibə mərhələsində hansı meyarlar əsasında qiymətləndirmə aparılır?
Müsahibədə iştirak edən şəxslər aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəklər: • proqram üzrə mövzunu təqdimetmə bacarığı; • təhsilalanları qiymətləndirmə bacarığı; • özünü təqdimetmə bacarığı; • pedaqoji prosesi təşkiletmə bacarığı; • ünsiyyət bacarığı.
Sertifikatlaşdırma prosesində müsahibə mərhəsinin müddəti nə qədər nəzərdə tutulub?
Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.
Test mərhələsində minimum keçid balı nə qədərdir?
Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar.
İmtahan sualları hansı mövzuları əhatə edir?
Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid suallar təqdim edilir.
Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakı üçün əlverişli şərait yaradılırmı?
Bəli. Test mərhələsində I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.
Səhv cavablandırılmış suallar imtahan nəticəsinə təsir göstərirmi?
Xeyr. Səhv cavablandırılmış suallar düzgün cavablara təsir göstərmir.
Test mərhələsində bir düzgün cavab neçə balla qiymətləndirilir?
Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur.
Test mərhələsində iştirak edən şəxslərə nə qədər vaxt verilir?
Sertifikatlaşdırmanın test mərhələsi iştirakçılarına 120 dəqiqə vaxt ayrılır.
Sertifikatlaşdırmanın test mərhələsində iştirakçılara neçə sual təqdim olunur?
Test mərhələsində imtahan iştirakçılarına 60 sual təqdim olunur.
Sertifikatlaşdırmada iştirakla bağlı yaş məhdudiyyəti varmı?
Çalışmanın yaş həddinə çatmamış təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.
Sertifikatlaşdırma prosesində kimlər iştirak etməyəcək?
Aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: • hamilə qadınlar;  • uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); • ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində; • azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.
Sertifikatlaşdırılma prosesinə kimlər cəlb olunurlar?
Ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilinə malik şəxslər sertifikatlaşdırma prosesində iştirak edirlər.
Sertifikatlaşdırma hansı mərhələlərdən ibarətdir?
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi hansı məqsədlə həyata keçirilir?
Sertifikatlaşdırma təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə həyata keçirilir.
Ali təhsil müəssisələrindən köçürülmə ilə bağlı sualım var
Tələbə hansı halda köçürülmədə iştirak edə bilməz?
Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan orta ixtisas təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.
Bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasında digərinə köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?
- tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd (akademik transkript); - şəxsin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmadığını və akademik məzuniyyət müddətinin başa çatdığını təsdiq edən müvafiq sənəd (akademik məzuniyyətdən qayıdan şəxslər üçün); - orta ixtisas təhsili müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd.
Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr təhsilalma formasını necə dəyişə bilər?
Tələbənin təhsil aldığı orta ixtisas təhsili müəssisəsində eyni ixtisas üzrə təhsilalma formasını dəyişməsi onun ərizəsi əsasında direktorun əmri ilə həyata keçirilir. 
Orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbənin hansı ixtisaslara köçürülmək hüququ var?
Tələbənin təhsil aldığı və köçürülmək istədiyi ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. 
Ölkə daxilində tələbənin bir orta ixtisas təhsili müəssisəsindən və ya ixtisasından digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?
Ölkə daxilində tələbələrin bir orta ixtisas təhsili müəssisəsindən (və ya ixtisasdan) digərinə köçürülməsi o şərtlə aparıla bilər ki, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda (qəbul ilindən asılı olaraq ümumi təhsil pilləsində yekun qiymətləndirmə imtahanlarında və ya orta ixtisas təhsili müəssisəsinə qəbul imtahanlarında) tələbənin topladığı bal (daimi yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazidə yerləşən kollecə öz ixtisası üzrə köçürülmək istədiyi halda isə topladığı balın 1.5 misli) qəbul olunduğu ildə köçürülmək istədiyi orta ixtisas təhsili müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın və akademik göstəriciləri yüksək olsun.
Əgər tələbə dövlət hesabına təhsil alırsa köçürüldükdən sonra o, hansı formada təhsilini davam etdirir?
Bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülən və ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Orta ixtisas təhsil müəssisələrində təhsilalanlar digər orta ixtisas təhsili müəssisəsinə və ya ixtisasına hansı semestrdən köçürülə bilər?
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul olunmuş tələbələrin birinci semestr, ümumi orta təhsil bazasından qəbul olunmuş tələbələrin isə üçüncü semestr başa çatdıqdan sonra mövcud Qaydalara əsasən ixtisasını və ya təhsilalma formasını dəyişmək, bir orta ixtisas təhsili müəssisəsindən digərinə köçürülmək hüququ var.
Orta ixtisas təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?
Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla), habelə akkreditasiyalı xarici orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrə şamil edilir.
Orta ixtisas təhsil müəssisələrində təhsilalanların bir orta ixtisas təhsili müəssisəsində və ya ixtisasından digərinə köçürülməsi hansı qaydada həyata keçirilir?
Orta ixtisas təhsil müəssisələrinə təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.az elektron portalı vasitəsilə, mərkəzləşdirilmiş qaydada həyata keçirilir
Tələbə daha sonra köçürülmədən imtina edə bilərmi?
Tələbə köçürülmə üçün müraciət etdikdən sonra 2 həftə müddətində köçürülmədən imtina edə bilər. Bu müddətdən sonra köçürülmədən imtina üçün müraciət nəzərə alınmayacaqdır. Belə halda tələbə yenidən növbəti köçürülmə dövründə transfer.edu.az elektron portalına müraciət edə bilər.
Köçürülmək istəyən tələbə hansı sənədləri toplamalıdır?
 Akademik arayış (akademik transkript) - tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri (saatları) və qiymətləri (rəqəm və (və ya) hərflərlə) özündə əks etdirən (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş) sənəd.   Qeyd 1: Akademik arayış möhürlü, imzalı olmalı və verilmə tarixi mütləq qeyd olunmalıdır.   köçürülmə səbəblərini təsdiq edən sənədlər; təhsil haqqı borcunun olmaması; beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, İELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün); ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün); xaricdə təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər üçün); hərbi bilet və ya hərbi xidmətdən möhlət hüququ haqqında arayış
Xarici ölkələrin ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər hansılardır?
DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin ali təhsil müəssisələrinə köçürülməsi məsələsinə baxılması zamanı aşağıdakılar nəzərə alınır: beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal); qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri; təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması. DİM-də iştirak etmədikləri barədə Dövlət İmtahan Mərkəzindən rəsmi arayış/çıxarış.   DİM tərəfindən imtahanlarda iştirak etdikləri halda yerli ali təhsil müəssisələrindən köçürülən tələbələrə tətbiq edilən bəndlərə uyğun köçürülmə aparılır (minimal DİM balı, eyni ixtisas qrupu və müvafiq sənəd tələbləri).
Tələbə nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan ali təhsil müəssisəsinə köçürülürsə əlavə tələblər varmı?
Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Bunun üçün tələbə köçürülmək istədiyi ali təhsil müəssindən razılıq məktubu almalıdır.
Əgər tələbə dövlət hesabına təhsil alırsa, köçürüldükdən sonra o, hansı formada təhsilini davam etdirir?
Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən tələbələr (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Təhsilalma formasını dəyişən və ya köçürülən (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) tələbələr təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğə uyğun təhsil haqqı ödəyirlər.
Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi hansı qaydada aparılır?
Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın. Qeyd: Magistratura tələbələrinin ixtisasını/ixtisaslaşmasını dəyişdirməsinə icazə verilmir. Qeyd: Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən öz ixtisası (ixtisaslaşması) üzrə ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə köçürüldükdə DİM balı nəzərə alınmır.
Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?
Ölkə daxilində bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsilalma formasını və ya ixtisasını dəyişməsi o şərtlə aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal (qabiliyyət balı da daxil olmaqla) qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından (qabiliyyət balı da daxil olmaqla) az olmasın və köçürülmək istədiyi ixtisas üzrə müsabiqə şərtlərinin tələblərini ödəsin. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.   İstisna: II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilir. Qeyd: Bakıda yerləşən dövlət ali təhsil müəssisəsindən ölkənin regionlarında (Sumqayıt şəhəri istisna olmaqla) yerləşən ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə və ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt şəhərləri istisna olmaqla) ali təhsil müəssisəsinə (öz ixtisası üzrə) köçürüldükdə DİM balı nəzərə alınmır (hüquqçünaslıq və tibb ixtisasları istisna).
Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?
Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində təhsil alan tələbələrə (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla); Akkreditasiyalı xarici ali təhsil müəssisələrində təhsil alan tələbələrə.
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi hansı qaydada həyata keçirilir, nə zaman başlayır və nəticələri nə vaxt elan edilir?
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən yaradılmış transfer.edu.az elektron portalı vasitəsilə, mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Sənədlərin qəbulu 25.07.2022-31.07.2022 tarixlərində olacaq. Nəticələr avqustun sonu, sentyabrın əvvəli açıqlanacaq.
Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qeydiyyatla bağlı sualım var.
Qeydiyyat barədə nə üçün məlumatlar ictimaiyyətə bildirilmir?
Qeydiyyat üzrə bütün məlumatlar Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunur. Saytı mütəmadi izləməyiniz xahiş olunur.
Tələb oluna biləcək sənədlər hansılardır?
Məcburi sənəd kimi tələb edilməməlidir:   Sağlamlıq haqqında arayış və ya onun surəti: Məcburi sənəd deyildir. Bu sənədin müəssisələr tərəfindən tələb edilməməsini tövsiyə edirik. Lakin, hər hansısa müəssisə tərəfindən bu sənədin vacib olaraq tələb edilməsi zərurəti varsa, tələb edilə bilər. Şəxsiyyəti təsdiq edən vəsiqənin əsli və ya surəti: Məcburi sənəd deyildir. Təqdim edilməməlidir. Ağ fonda 3x4 ölçüdə fotoşəkil: Məcburi sənəd deyildir. Tələbə bileti üçün lazım olarsa, müəssisə təyin etdiyi vaxtda təqdim edə bilər.   Məcburi sənəd kimi tələb edilməlidir:   Attestat: Məcburi sənəddir. Əgər müəssisə sistemdə məlumatı görürsə, tələbə qeydiyyatdan sonra da təqdim edə bilər. İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd: Məcburi sənəddir. Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir. İlkin hərbi qeydiyyata alınma haqqında sənəd və ya hərbi biletin surəti (Oğlanlar üçün): Məcburi sənəddir. Ümumi təhsil bazasından qəbul olanlar üçün məcburi deyildir. Təhsil haqqı güzəşti və təhsil haqqından azad olunmaq üçün sənədlər: Sistemin təyin edəcəyi qərarlardan dəstək üçün istifadə edə bilərsiniz.   Əlavə sənəd: Sənəd əlavə etmək məcburi deyildir, lakin əlavə olaraq göndərmək istədiyiniz (diplom, sağlamlıq haqqında arayış və s.) sənədləriniz varsa, əlavə edə bilərsiniz.
Təhsil haqqımı necə ödəməliyəm?
Ödəniş icra edə bilmək üçün ilk növbədə müəssisə tərəfindən müraciət araşdırıldıqdan sonra “ödəniş edilməlidir” status təyin edilməlidir.   Müraciətiniz ödəniş edilməlidir statusu aldıqda aşağıdakı addımları edə bilərsiniz.   Bu zaman tələbənin kabinetinə bildiriş gələcək ki, ödəniş etsin.   Bu halda addım 1 Tələbə şəxsi kabinetilə ödəniş edə bilər. (Bugunədək bankla ödəniş etmişlər çek yükləyə bilər).   Addım 2 Tələbə gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilər. Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatlar daxil edilməklə məlumatlar daxil edilməlidir. Ödəniş icra edilə bilər.   Addım 3 Tələbələrə ödəniş edilməlidir statusu təyin edildikdən sonra tələbələr banka yaxınlaşır Hökumət ödəniş portalı (HÖP) üzərindən ödəniş etmək istədiyini bildirərək, FİN və ya ATİSdə formalaşan invoys (Ödəniş edilməlidir statusu təyin edildiyi zaman şəxsi kabinetdə invoys əks edilir) təqdim edərək ödəniş edir.
Təhsil haqqından azad olunmağım barədə məlumatı necə əldə edəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə Güzəştli qəbul edildi status təyin etməklə sizə şəxsi kabinetiniz vasitəsilə məlumat göndərəcəkdir.
Sənədlərimin qəbul edilib-edilmədiyini necə öyrənəcəm?
Bu barədə müraciət etdiyiniz müəssisə sizə sistem vasitəsilə məlumat göndərəcəkdir. Kabinetinizə daxil olan bildirişləri yekun qərar verilənədək izləməyiniz vacibdir
Təhsil tələbə krediti əldə etmək üçün müraciət etmək istəyirəm. Nə etməliyəm?
TTK əldə etməyiniz üçün e-ttkf.edu.az sistemindən qeydiyyat etməlisiniz, parelel olaraq portal.edu.az-dan qeydiyyat zamanı hansı növ təhsil krediti almaq istədiyiniz barədə təhsil müəssisəsini məlumatlandıra bilərsiniz. Bu məlumatlandırmanın məqsədi təhsil müəssisəsinin TTK təyini qərarı verilənədək sizdən tam və ya 20 faizdən artıq təhsil haqqı ödənişi tələb etməməsi üçündür. Eyni zamanda, müəyyən statuslar vasitəsilə müəssisə və sistem tərəfindən kabinetiniz TTK müraciətinizin nəticələri barədə məlumat əldə edə biləcəksiniz.
Təhsil haqqında azad olunmaq üçün müraciət etmək istəyirəm. Bunu sistem üzərindən edə bilərəmmi?
Əgər siz ödənişli əsaslarla təhsil müəssisəsinə qəbul olan vətəndaşsınızsa şəxsi və qəbul məlumatlarınızı doldurduqdan sonra növbəti səhifədə qarşınıza Təhsil haqqından azad addımı çıxacaqdır. Burada “Bəli” seçimini etməklə, aid olduğunuz kateqoriyanı seçib təhsil haqqından azad olunmaq üçün müraciət edə bilərsiniz.
Əlavə sənədlər əlavə etmək istəyirəm, amma xana sayı azdır.
Digər sənəd xanasının yanındakı + düyməsinə sıxmaqla xana sayını artıra bilərsiniz. Müəssisə tərəfindən hər hansı əlavə sənəd tələb edilmirsə, həmin xanaya məlumat daxil etməyiniz məcburi deyil.
Hansı xanalar məcburidir?
Qırmızı rəng alan bütün xanalara tələb olunan sənədi əlavə etməlisiniz.
Sənədlərimi hansı formatda əlavə edim? Tək-tək bir neçə səhifə yüklənmir.
Sənədlərinizi pdf formatında, hamısını bir səhifədə əlavə etməyiniz məsləhət görülür. Bir neçə səhifəni eyni xanaya əlavə edə bilməyəcəksiniz.
Qəbul məlumatlarımı necə daxil etməliyəm?
Qəbul məlumatlarınız avtomatik əks olunur. Qəbul məlumatlarınızda hər hansı səhv olarsa, bu barədə Təhsil Nazirliyin 146-6 qaynar xəttinə məlumat verməyiniz xahiş olunur.
Şəxsi məlumatlarımdakı elektron poçt və mobil nömrə mənə aid deyil.
Siz qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz mobil nömrə və elektron poçt şəxsi məlumatlarınızda əks olunmuşdur.
Şəxsi məlumatlarımı necə doldurmalıyam?
Şəxsi məlumatlarınız avtomatik əks olunur. Siz əlavə olaraq, faktiki yaşadığınız ünvan və faktiki yaşadığınız rayon barədə məlumatları əl ilə daxil etməlisiniz. Əgər əcnəbi və vətəndaşlığı olmayan şəxsinizsə və Azərbaycan Respublikasında fərdi identifikasiya nömrəniz yoxdursa, müəyyən şəxsi məlumatları daxil etməyiniz tələb oluna bilər.
Bakalavriat səviyyəsinə müraciət etmək üçün hansı qəbul xəttini seçməliyəm?
Bildiyiniz kimi bakalavriat səviyyəsinə qəbul yalnız Dövlət İmtahan Mərkəzinin imtahanları ilə həyata keçirilir. Əgər qəbul xətlərində qeyd edilmiş xüsusi DİM xətlərindən hər hansı biri sizə uyğun deyilsə, ümumi DİM vasitəsilə seçimini etməlisiniz.
Sistemə daxil olduqdan sonra hansı xidməti seçməliyəm?
Sistemə daxil olduqdan sonra “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatını” xidmətini seçməli və məlumatlarınızı formaya uyğun doldurmalısınız.
Şifrəmi unutmuşam. Necə bərpa etməliyəm?
Şəxsi kabinetə giriş zamanı şifrənizi unutduğunuz halda əsas səhifədən “Şifrəni unutdun?” düyməsinə sıxın və açılan pəncərədə ilk öncə elektron poçt ünvanını daxil edin. Açılan növbəti pəncərədə mobil nömrənin son 4 rəqəmi daxil edin. Nömrəyə gələn təsdiq kodu daxil edildikdən sonra yeni şifrə təyin edilməlidir.
Portalda artıq qeydiyyatım varsa, yenidən sistemdə qeydiyyat etməliyəm?
Portalda artıq qeydiyyatınız varsa, yenidən qeydiyyat keçməyinizə ehtiyac yoxdur.
Bakalavriat səviyyəsinə necə qeydiyyatdan keçməliyəm?
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər ilk öncə “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsinə sıxıb uyğun səhifəyə keçid edin.