A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Xüsusi təhsil

2006-cı ilin martında ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 13 yanvar 2010-cu il tarixli 5 nömrəli Qərarına əsasən  Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılmışdır.
 

Təhsil Nazirliyinin birbaşa tabeliyində olub idarənin kurasiyasına həvalə edilmiş təhsil müəssisələrinin dislokasiyası əlavə olunur.

Mündəricat:

İdarənin funksiyası: Statistik məlumatlar: Sual-cavab: Normativ sənədlər:
İdarənin funksiyası:
  • Uşaqların müdafiəsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak;
  • Şəhər və rayon icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi komissiyası ilə əməkdaşlıq etmək;
  • Təhsil Nazirliyinin normativ-hüquqi aktlarına və təhsil sahəsində müasir təcrübələrə əsaslanaraq, Təhsil Nazirliyinin sistemində olan internat məktəbləri və internat tipli təhsil müəssisələrinə və alternativ qayğı müəssisələrinə təşkilati-pedaqoji, tədris-metodiki rəhbərliyin həyata keçirilməsi;
  • İnternat məktəbləri və internat tipli təhsil müəssisələrində uşaqlara göstərilən qayğının keyfiyyətinin araşdırılması məqsədilə monitorinqin keçirilməsi;
  • Yetkinlik yaşına çatmayan, internat məktəbləri və internat tipli təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlara etinasız münasibət bəsləyən valideynlərin valideynlik hüququnun məhdudlaşdırılması və məhrum edilməsi ilə bağlı məhkəmədə vəsatətin qaldırması;
  • İnternat məktəbləri və internat tipli təhsil müəssisələrinin məzunlarının təhsilini ilk peşə-ixtisas təhsili müəssisələrində davam etdirməsi ilə bağlı əlaqələndirmə işini həyata keçirmək;
  • xüsusi təhsil üzrə dərslik, müəllimlər üçün metodiki vəsaitlərin hazırlanması, sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsili ilə bağlı hazırlanan proqram, dərslik və dərs vəsaitlərinə rəylər vermək.
Statistik məlumatlar:


Sual-cavab:

“Məzun evi” Sosial Müəssisəsində yaşayış yeri ilə təmin olunmaq proseduru barədə məlumat verə bilərsinizmi?


Bildiririk ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarının 5.2-ci bəndinə əsasən uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına “Məzun evi” Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsinin ayrılmasının təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin qərarın 6-cı hissəsinə uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonu həmin tədris ili üzrə dövlət uşaq müəssisələrindən məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. 


“Məzun evi” Sosial Müəssisəsində məzunların yaşayış yeri ilə təmin olunması və ev növbəsinə qeydiyyata alınması Təhsil Nazirliyinin səlahiyyətləri xaricindədir.



Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbinə şagird qəbulu necə həyata keçirilir?


Valideyn himayəsindən məhrum olan uşaqların mənafelərinin müdafiəsi və yerləşdirilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114-cü maddəsinin 114.1 və 114.2-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Qeyd olunanları nəzərə alaraq, azyaşlının (və ya yeniyetmənin) qeydiyyatda olduğu Rayon İcra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur.

Qəbul zamanı lazım olan sənədlər:
1. RİH-nin başçısına müraciət ərizəsi.

Uşaq barədə sənədlər:
2. Uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
3. Uşağın sağlamlığı haqqında tibbi arayış; (Ambulator kitabçadan çıxarış –Forma 26)
4. Uşağın vərəm xəstəliyinə meylliliyin müəyyənləşdirilməsi üçün mantu sınağının nəticəsi barədə arayış;
5. Uşağın təhsil aldığı məktəbdən arayış;
6. Yaşayış yerindən arayış ( qeydiyyatı və ailə tərkibi haqqında);
7. Uşağın nikahdan kənar doğulduğu təqdirdə VVAQ-dan № 4 forma;
8. Uşağın müavinət alması barədə məlumat (əgər varsa).
 

Uşağın valideynləri barədə sənədlər:
9. Valideynin (lərin) şəxsiyyət vəsiqəsinin surəti;
10. Valideynlər boşanmışsa, boşanma barədə şəhadətnamənin surəti, valideynlərin razılığı;
11. Valideynin əlilliyi varsa, əlillik barədə sənəd;
12. Valideyn vəfat etmişsə, ölüm haqda şəhadətnamənin surəti;
13. Əmlak barədə məlumat;
14. Valideynlərdən birinin və ya hər ikisinin həbsdə olduğu təqdirdə məhkəmənin  müvafiq qətnaməsi.


 

Sağlamlıq imkanları məhdud övladımı xüsusi təhsilə cəlb edilməsi üçün nə etməliyəm?


“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi təhsilə cəlb olunması Psixoloji-tibbi-pedaqoji komissiyanın müvafiq qərarına əsasən həyata keçirilir.
Qeyd olunanları nəzərə alaraq, qeydiyyatda olduğunuz rayon Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Psixoloji-tibbi-pedaqoji Komissiyaya (əlavədə qeyd edilən sənədlər təqdim edilməklə) müraciət etməyiniz tövsiyə olunur. 
 

Psixoloji-Tibbi-Pedaqoji Komissiyaya tələb olunan sənədlər
1. Uşağın sağlamlığı haqqında ətraflı tibbi arayış (diaqnozu göstərilməklə);
2. Uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
3. Valideynin (lərin) ərizəsi;
4. Valideynin (lərin) şəxsiyyət vəsiqəsinin surəti;
5. Uşağın təhsil aldığı məktəbdən arayış (əgər təhsil alırsa);
6. Yaşayış yerindən arayış ( qeydiyyatı və ailə tərkibi haqqında) № 2 forma;
7. Əlilliyi ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasının arayışı (əgər əllillik verilibsə).


 

Şagird yerdəyişməsi barədə məlumatı necə əldə edə bilərəm?


Bildiririk ki, şagirdlərin yerdəyişməsi “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Şagird yerdəyişməsi” altsistemi vasitəsilə aparılır.


Yerdəyişmə etmə üçün www.sy.edu.az portalından qeydiyyatdan keçərək boş yer olduğu halda seçilmiş məktəbə sorğu yerləşdirilir, valideyn və ya onu əvəz edən qanuni nümayəndə tərəfindən övladının təhsilə cəlb olunması ilə bağlı sorğu yerləşdirdiyi təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq ailənin aztəminatlı (çətin həyat şəraitində) olması barədə müəssisəyə təsdiqedici sənəd təqdim edildikdən sonra sorğu təsdiqlənir.


 

Valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürmək üçün hansı sənədləri təqdim etməliyəm?


“Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 may 715 nömrəli Fərmanından irəli gələn vəzifələrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi nəzərə alınaraq, aidiyyəti üzrə müraciət edilməsi tövsiyə olunur.


 

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbinə müvəqqəti yerləşdirdiyim övladımı himayəmə qaytarmaq üçün nə etməliyəm?


Yetkinlik yaşına çatmayanların valideynin himayəsinə qaytarılması, Rayon, Şəhər İcra Hakimiyyətinin müvafiq qərarına əsasən həyata keçirilir. 


Qeyd olunanlara əsasən, övladlanızın himayənizə qaytarılması ilə bağlı aidiyyəti üzrə qeydiyyatda olduğunuz rayon/şəhər icra hakimiyyəti orqanına müraciət etməyiniz tövsiyə olunur.
 

Normativ sənədlər:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu


 

“Azərbaycan Respublikası  Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı  De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


 

“Əlillərin hüquqları haqqında” Konvensiya


 

“Uşaq hüquqları haqqında” Konvensiya


 

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanunu


 

“Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”


 

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”


 

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”


 

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu


 

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu


 

“Xüsusi təhsil müəssisələri haqqında Əsasnamə”


 

“Reabilitasiya mərkəzləri haqqında Əsasnamə”


 

“Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”


 

“Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası”


 

“İnternat məktəblərinin, internat tipli liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi və xidmətedici heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


 

 “Əqli və fiziki inkişafında pozuntular olan uşaqlar üçün xüsusi internat məktəblərinin rəhbər işçiləri, inzibati-təsərrüfat, tədris-yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı


 

Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması qaydası


 

“Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları”


 

Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları


 

Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar


 

“İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”


 

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu


 

“Loqopedik xidmət haqqında Əsasnamə”


 

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu


 

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Paylaş: