A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large

SOSİAL MEDİA

Rusiyanın Həştərxan vilayətində 11 saylı tam orta ümumtəhsil məktəbinin əsaslı yenidən qurulmasının və təhsil müəssisəsinə ümummilli lider Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə Azərbaycan nümayəndə heyəti, o cümlədən elm və təhsil nazirinin müavini İdris İsayev iştirak edib. Tədbirlərdə Heydər Əliyevin zəngin irsi, Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı tarixi xidmətləri və məktəbin iki ölkə arasında humanitar əlaqələrin möhkəmləndirilməsindəki rolu vurğulanıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23463-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz

More onFacebook

“Rəqəmsal məktəb”də süni intellektin öyrənilməsi üçün yeni imkan Elm və Təhsil Nazirliyi ilə Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığı çərçivəsində “Rəqəmsal məktəb” platformasına "Neyron.ai" inteqrasiya edilib. Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" interaktiv süni intellekt öyrənmə platformasıdır. Platformaya daxil olmaq üçün şagird və müəllimlər “Rəqəmsal məktəb”də şəxsi kabinetlərinin “Tətbiqlər” bölməsindən “Neyron AI” bölməsini seçməlidirlər. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23462-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #TSİİ #RəqəmsalMəktəb #NeyronAI

More onFacebook

Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır 5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək. İmtahanın keçiriləcəyi vaxt və yer barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, sertifikatlaşdırmanın əsas məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini qiymətləndirmək, peşəkar inkişaflarına dəstək göstərmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir. Bütün iştirakçılara uğurlar arzulayırıq! Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23461-1 #ElmVəTəhsilNazirliyi #MÜTDA #MəktəbəqədərTəhsil #Sertifikatlaşdırma

More onFacebook

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim-müzakirə sessiyası keçirilib. “Elmi islahatlar və innovasiya” mövzusuna həsr olunan ikinci sessiya SABAH.city-də baş tutub. Sessiyada Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri İltifat İbrahimov ölkədə elmi islahatlar, innovasiya ekosisteminin inkişafı və müasir texnologiyaların tətbiqi, SABAH.city-nin baş icraçı direktorunun müavini Nurcan Baxşıyeva isə innovasiya klasterinin fəaliyyəti, imkanları və startapların inkişafına verdiyi töhfələr barədə təqdimatlarla çıxış ediblər. İnteraktiv formatda davam edən sessiyada media nümayəndələrinin sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, layihənin məqsədi elm və təhsil sahəsində baş verən proseslərin mediada daha dolğun və peşəkar işıqlandırılmasına dəstək olmaq, jurnalistlərin bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

More onFacebook

Elm və təhsil naziri Emin Əmrullayev Corc Vaşinqton Universitetinin nümayəndələri ilə görüşüb. Görüş çərçivəsində sözügedən ali təhsil müəssisəsi ilə cari əlaqələr, habelə beynəlxalq ikili diplom proqramı üzrə əməkdaşlıq, eləcə də inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

More onFacebook

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Konstitusiyamız dövlətçiliyimizin hüquqi əsaslarını, milli suverenliyimizi, insan hüquq və azadlıqlarını təsbit edən ali hüquqi sənəddir. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #12Noyabr #KonstitusiyaGünü

More onFacebook

Tbilisidə Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı ilə Tbilisi şəhərində Azərbaycan universitetlərinin təhsil sərgisi keçiriləcək. Sərginin keçirilməsində əsas məqsəd Gürcüstanda yaşayan şagirdlərin, abituriyentlərin, tələbələrin və valideynlərin Azərbaycanın ali təhsil sistemi, universitetləri, tədris proqramları, ixtisaslar və qəbul imkanları barədə məlumatlandırılması, eləcə də Azərbaycan universitetləri ilə birbaşa tanışlıq imkanlarının yaradılmasıdır. Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın 10-dan çox aparıcı universitetinin nümayəndələri ilə görüşərək tədris olunan ixtisaslar, qəbul qaydaları, təhsil və təqaüd imkanları, tələbə həyatı ilə bağlı ətraflı məlumat əldə edə, onları maraqlandıran sualları birbaşa universitet nümayəndələrinə ünvanlaya biləcəklər. Sərginin keçirilmə tarixi və yeri: * Tarix: 17 noyabr 2026-cı il * Saat: 10:00–18:00 * Məkan: Swissôtel Tbilisi * Ünvan: Soliko Virsaladze küçəsi 3, Tbilisi, Gürcüstan Gürcüstanda yaşayan və Azərbaycanda ali təhsil imkanları ilə maraqlanan bütün şəxsləri sərgidə iştiraka dəvət edirik. #ETN #EATDA #SIA

More onFacebook

? Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər. Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək: · Ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələlər; · Elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər; · Ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər. Yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #TSİİ

More onFacebook