A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi

Yaranma tarixi: 2017-ci il

 
Məqsəd:
Ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, valideyn- icma-məktəb əməkdaşlığının yaradılması və uşaqların 4 inkişaf sahəsini əhatə edən bacarıqlarının formalaşdırılmasıdır.
 
Məlumat:
Layihə erkən yaşda təlimin uşağın sosial-emosional, kiçik və böyük motor və intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir etməsini, onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaratmasını nəzərə alaraq həyata keçirilir.
 
Əhatə dairəsi:
“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 1158 məktəbdə 1600 icma əsaslı qrup təşkil edilib. Hazırda bu qruplara 23 900 nəfər 3-4 yaşlı uşaq cəlb olunub. Onların təlim-tərbiyəsi ilə 1470 tərbiyəçi-müəllim məşğul olur.
 

 

 

İnternet resursları:

  

Paylaş: