Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23 sentyabr tarixində Qazax şəhərində vətəndaşları qəbul edəcək.
Qəbulda Qazax rayon sakinləri iştirak edə bilərlər.
Adı çəkilən rayonun sakinləri 16 sentyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.