A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb

Azərbaycan və Gürcüstan arasında hökumətlərarası əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əldə etdiyi razılaşmaya əsasən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin tabeliyində fəaliyyət göstərən LEPL – Müəllimlərin Peşəkar İnkişafı üzrə Milli Mərkəzi (TPDC) Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün birgə təlim proqramı hazırlayıb. 

 

Təlimlərdə iştirak etmək istəyən azərbaycandilli ibtidai sinif müəllimləri 17-24 avqust tarixlərində aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://tinyurl.com/5ysptat3

Paylaş: