A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Kəlbəcər rayonu B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən "Son zəng" tədbirində iştirak edib.

 

Nazir məktəbin ilk və yeganə məzunu Nəzrin Atakişiyevanı məzun olması münasibətilə təbrik edib, ona gələcək təhsil həyatında uğurlar arzulayıb.

 

Tədbir zamanı işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası istiqamətində görülən işlərdən, Kəlbəcərdə formalaşan yeni təhsil mühitindən danışılıb.

 

Tədbir şagirdlərin ifasında hazırlanmış maraqlı "Son zəng" proqramı ilə yekunlaşıb.

Paylaş: